Baş xəbər, Maqazin
30.05.2016 / 12:39

Jizel Bundhen vəhşi heyvanların qanunsuz satışına qarşı

Jizel Bundhen vəhşi heyvanların qanunsuz satışına qarşı

Supermodel Jizel Bundhen vəhşi heyvanların qeyri-leqal ticarətinə qarşı BMT tərəfindən başladılan "Wild for Life" proqramına qoşulub.

İnform.az buro247.az-a istinadən bildirir ki, BMT-nin bir neçə təsisatı, o cümlədən, inkişaf Proqramı, ətraf mühit üzrə YUNEP Proqramı, narkotik və cinayətkarlığa qarşı İdarə vəhşi heyvanların qeyri-qanuni ticarətinə qarşı kampaniya başladıblar. Kampaniyaya bir neçə məşhur da qoşulub. Belə ki, braziliyalı model Jizel Bundhen dəniz tısbağalarının həyatı uğrunda mübarizə aparır, kotdivuarlı futbolçu Yaya Ture fillərə dəstək olur, aktyor Yen Somerholder isə kərtənkələləri qorumağa çalışır.

"21-ci əsrdə bütün bilik və imkanlarımızla bizim hələ də vəhşi heyvanların insanın əlindən qırılma təhlükəsi ilə üzləşdiyi barədə eşitməyimizdən kədərlənirəm. Bilik gücdür, gec olmadan biz vəhşi heyvanların qeyri-qanuni ticarətinə son qoymaq üçün bu biliklərdən istifadə etməliyik", - deyə supermodel Jizel Bundhen bildirib.

Kampaniyanın iştirakçıları sosial şəbəkələrin hər bir iştirakçısını özünə hansısa heyvanı seçməyə və #Wildforlife heşteqi altında onun müdafiəsinə qalmağa çağırırlar.

İnform.az

Baxış sayı: 220