Siyasət
30.05.2016 / 11:41

Elmar Məmmədyarov NATO-nun iclasında iştirak edəcək

Elmar Məmmədyarov NATO-nun iclasında iştirak edəcək
Xarici işlər naziri Elmar Məmmədyarov mayın 31-də NATO-nun mənzil-qərargahında keçiriləcək Azərbaycan-NATO iclasında iştirak etmək üçün Brüsselə səfər edib.

İnform.az Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin saytına istinadən xəbər verir ki, E.Məmmədyarov NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasında çıxış edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.
Səfər çərçivəsində E.Məmmədyarovun Brüsseldə ATƏT Minsk Qrupunun həmsədrləri ilə görüşü də nəzərdə tutulub.




İnform.az

Baxış sayı: 313