Diaspora Akademiyası, Gündəm
28.05.2016 / 10:29

Nyu-Yorkda keçirilən ənənəvi Türk Günü yürüşündə Azərbaycan cəmiyətləri də iştirak ediblər- Fotolar

Nyu-Yorkda keçirilən ənənəvi Türk Günü yürüşündə Azərbaycan cəmiyətləri də iştirak ediblər-


İnform.az Diasporla iş üzrə Dövlət Komitəsinin məlumatına istinadən bildirir ki, Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirilən 35-ci Türk Günü və Festivalı çərçivəsində türk xalqlarının Manhettendə izdihamlı yürüşü təşkil edilib. Amerikadakı türk cəmiyyətləri tərəfindən təşkil olunmuş yürüşdə Türkiyənin Nyu-Yorkdakı Baş konsulu Ertan Yalçın, Türk Amerikan Dərnəkləri Federasiyasının sədri Atilla Pak, Federasiyanın sədr müavini, Azərbaycan Nyu-York Assosiasiyasının vitse-prezidenti Zöhrə Şərifi və digər cəmiyyətlərin rəhbərləri, üzvləri iştirak edib.

Yürüşə Azərbaycan, Qazaxıstan, Özbəkistan və Krım türkləri də qatılıb. Amerikada yaşayan Azərbaycan cəmiyyətinin üzvləri yürüşdə iştirak edərək Azərbaycan və türk bayraqlarını dalğalandırıblar.

Manhettendə, Madison prospektindən başlayan yürüş BMT-nin mənzil-qərargahı qarşısında sona çatıb.

Qeyd edək ki, Amerika türklərinin bayram kimi qeyd etdiyi Türk Günü Yürüşü Türk Amerikan cəmiyyətlərinin birlik və bərabərlik rəmzi kimi dəyərləndirilir.

Nyu-Yorkda keçirilən ənənəvi Türk Günü yürüşündə Azərbaycan cəmiyətləri də iştirak ediblər-


Nyu-Yorkda keçirilən ənənəvi Türk Günü yürüşündə Azərbaycan cəmiyətləri də iştirak ediblər-


İnform.az

Baxış sayı: 361