Diaspora Akademiyası, Baş xəbər
28.05.2016 / 09:59

Respublika Günü ilə bağlı Meksikada möhtəşəm tədbir keçirilib- Fotolar

Respublika Günü ilə bağlı  Meksikada möhtəşəm tədbir keçirilib-

Dünən Azərbaycanın Meksikadakı Səfirliyi tərəfindən 28 May Respublika Günü münasibətilə paytaxt Mexiko şəhərində rəsmi qəbul keçirilib. Tədbirdə Meksika Xarici İşlər Nazirliyi və digər dövlət qurumlarının təmsilçiləri, siyasi partiyaların, diplomatik korpusun nümayəndələri, həmçinin azərbaycanlı, türk və yəhudi icmalarının üzvləri, cəmiyyətin müxtəlif təbəqələrindən şəxslər iştirak ediblər.

Səfirlikdən İnform.az-a verilən məlumata görə, səfirliyin müvəqqəti işlər vəkili xanım Mehriban Səmədova, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və onun Şərqin ilk demokratik respublikası olaraq dünya dövlətçilik və demokratiya tarixinə töhfələrindən bəhs edərək bildirib ki, Azərbaycanda respublikanın yaradılması böyük tarixi hadisə idi. Çünki əsrlər boyu müstəqillik və azadlıq arzusunda olan Azərbaycan xalqı artıq buna nail olmuşdu. Həmçinin M. Səmədova qeyd etmişdir ki, Azərbaycan qadınlara bərabər səsvermə hüququ vermiş ilk beş ölkədən biri idi. Qısa zaman ərzində mövcud olmasına baxmayaraq, AXC ölkənin ərazi bütövlüyünü bərpa etməyə, beynəlxalq ictimaiyyət tərəfindən tanınmağa və demokratik təsisatların, o cümlədən parlament və çoxpartiyalı hökumətin yaradılmasına nail olmuşdur. Lakin iki il sonra çətin mübarizə şəraitində qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti Bolşeviklərin hücumuna məruz qalaraq Azərbaycan Sovet Sosialist Respublikası adı altında SSRİ-nin tərkib hissəsi oldu.

Mehriban Səmədova, Azərbaycanın dövlət müstəqilliyinin bərpası və ölkəmizdə müasir dövlət quruculuğu yolunda aparılmış uğurlu dövlət siyasətindən – demokratik və sosial-iqtisadi islahatlardan, Azərbaycanın son iqtisadi nailiyyətləri, müstəqil enerji siyasəti və Avropanın enerji təhlükəsizliyinə töhfələrindən, habelə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal əhəmiyyətli enerji, nəqliyyat və infrastruktur layihələrindən geniş bəhs etmişdir. Ölkəmizdə təşkil olunan beynəlxalq səviyyəli tədbirlər, o cümlədən Formula 1 yarışı barədə məlumat verən xanım Səmədova növbəti illərdə də Azərbaycanın digər beynəlxalq idman yarışlarına ev sahibliyi edəcəyini vurğulayıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən M. Səmədova, Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20%–nin işğal olunduğunu, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini, Azərbaycan dövlətinin 20 ildən çoxdur ki, danışıqlar apararaq münaqişənin ədalətli, sülh yolu ilə həll olunmasını istəyindən, lakin müzakirələr zamanı Ermənistanın daim qeyri-konstruktiv mövqe nümayiş etdirməsindən bəhs edib.

Azərbaycanın xarici siyasəti və nüfuzlu beynəlxalq təşkilatlara üzvlüyündən bəhs edən Mehriban Səmədova, Latın Amerikası regionu ilə əməkdaşlığa ölkəmizin marağını ifadə edərək, Azərbaycan Hökuməti tərəfindən Latın Amerikasında ilk olaraq 2008-ci ildə Meksikada Səfirliyin açıldığı və Səfirliyin fəaliyyətindən danışıb.

Qəbul zamanı, qonaqlara Azərbaycanın çoxsaylı milli mətbəx təamlarından təqdim edilmiş, həmçinin ölkəmizin tarixi, mədəniyyəti, turizm imkanları, kulinariyası barədə müxtəlif çap materialları təqdim olunub.

Videoya baxmak üçün link:

http://karaokeplus.com.mx/publico/azerbaijan/video_azerbaijan02.mp

İnform.az

Baxış sayı: 365