İdman
26.05.2016 / 10:08

Azərbaycan – Andorra matçını avstriyalı hakimlər idarə edəcək

Azərbaycan – Andorra matçını avstriyalı hakimlər idarə edəcəkAzərbaycan millisinin bu gün keçiriləcək yoxlama oyununun hakimləri müəyyənləşib.
İnform.az Apasport.az saytının məlumatına istinadən xəbər verir ki, yığmamızın Andorra ilə Avstriyada baş tutacaq qarşılaşması yerli ədalət təmsilçilərinə tapşırılıb.

Bad Erlax şəhərindəki oyunun baş hakimi Harald Lexner olacaq. Ona həmyerliləri Andreas Heidenreyx və Maksimilian Kolbitş kömək edəcək. Görüşün 4-cü hakimi funksiyasını Markus Hameter yerinə yetirəcək.

Qeyd edək ki, Azərbaycan – Andorra matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

İnform.az

Baxış sayı: 359