Baş xəbər, Siyasət
25.05.2016 / 14:51

Dost ölkələrin rəhbərləri Prezident İlham Əliyevi təbrik ediblər

Dost ölkələrin rəhbərləri Prezident İlham Əliyevi təbrik ediblərQazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Sizi Azərbaycan Respublikasının böyük bayramı - Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Qazaxıstan qardaş Azərbaycan ilə qarşılıqlı münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir. İki dövlət arasında siyasi, ticari-iqtisadi və mədəni-humanitar əlaqələrin genişlənməsi buna sübutdur.

Qəti əminəm ki, ölkələrimiz arasında dostluğa və etimada əsaslanan qarşılıqlı faydalı əməkdaşlıq xalqlarımızın mənafeyi naminə bundan sonra da inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm".

Çilinin Prezidenti Mişel Baçelet də dövlətimizin başçısını təbrik edib.

Təbrikdə deyilir: "Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi Çili xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, xalqınıza və ölkənizə rifah və tərəqqi arzularımı qəbul etməyinizi xahiş edirəm.

Çili Respublikası və Azərbaycan Respublikası arasında uğurla inkişaf edən ikitərəfli münasibətlərin davamlı olaraq möhkəmləndirilməsini arzulayır, gələcək fəaliyyətinizdə müvəffəqiyyətlər diləyir və bir daha Sizə dərin hörmət və ehtiramımı ifadə edirəm".

İraq Respublikası Nazirlər Kabinetinin sədri Heydər Əl-İbadi də Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Dost Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə İraq Respublikasının Hökuməti və xalqı adından, şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram. Uca və Qadir Allahdan bu bayram münasibətilə xalqlarımıza və ölkələrimizə əmin-amanlıq, sabitlik, rifah diləyir, Sizə işlərinizdə uğurlar arzulayıram. Allah eşidən və dualara cavab verəndir!

Zati-aliləri, dərin hörmət və ehtiramımızı qəbul etməyinizi xahiş edirəm".

İnform.az

Baxış sayı: 236