Siyasət, Şərhlər
25.05.2016 / 11:39

Qarabağın açarı Motsartın vətənində yox, Putinin cibindədir...

Qarabağın açarı Motsartın vətənində yox, Putinin cibindədir...
Mətləb Salahov

Hər dəfə prezidentlərin Vyanada görüşü olanda, sanki avstriyalı Volfqanq Amadey Motsartın ruhu Serj Sarkisyanın həyasız simasından narahat olurmuş kimi mənzərə hiss edirəm. Gerçəkdən belədir. Söz xatirinə yazmıram bu cümləni. Barbar, vəhşi və uşaq canisi olan birisinin Vyanada sırtıq və həyasız siması ilə kimi və nəyi təmsil etməsi bir yana, insanlıq adına bir ləkə kimi ortaya çıxması əsl faciədir gerçəkdən. Onun Motsartı dinləyib bu dahi bəstəkarın musiqisindən nəsə anlaması üçünsə... ən azı Xocalıda didi-diri şişə keçirdiyi azərbaycanlı körpələrinin çığırtılarından həzz almaması lazım idi. Amma o... 1992-ci ilin soyuq fevralında, Xocalıdan qaçıb meşəyə sığınan köməksiz qadının qarnını yararaq, qızıl və zinyət əşyalarını qanlı-qanlı təmizləyib cibinə qoyan bir insan qatili idi. (Bax: “Sərkisyan Xocalıda türk qadınının qarnını gözüm önündə yardı”. Modern.az saytı.26:02. 2016. 09:50) Bir də doğuşdan erməni doğulmaması gərək idi. Amma o artıq günahsız azərbaycanlı körpələrin qatili kimi tanınır. Dəhşətlisi odur ki dünya musiqisinin paytaxtında uşaq qatili sülhdən dəm vurur...
Nə isə, gələk əsl mətləbə. Artıq neçə dəfədir ki, Vyanada keçirilən danışıqlarda baş verənləri diqqətlə izləyirəm. Hər dəfə S.Sarkisyan, Rusiya nümayəndələri danışıqlar prosesində iştirak etməyəndə özünü əsl yetim uşaq obrazında hiss edir. Bu dəfə isə o, Sergey Lavrovun pencəyindən iki əlli yapışan zavallı, İrəvandakı hakimiyyətini itirməmək üçün hər şeyə hazır olan çarəsiz kimi görünürdü. Sanki hələ də Moskvanın onun himayəçisi olduğunu, ondan vaz keçmədiyini bu yaltaq və şit hərəkətləri ilə kimlərəsə göstərməyə çalışırdı. Həm də Ermənistanda Rusiya bayrağlarının yandırılmasından sonra Vladimir Putinin qəzəbinə gəlmədiyini göstərməyə çalışırdı. Hə, çalışırdı, amma əslində elə deyil S.Sarkisyanın hazırkı durumu. Çox yəqin ki, S. Sarkisyanın bu acınacaqlı durumunu, masanın qarşı tərəfində oturan Azərbaycan Prezidenti İlham Əliyev də müşahidə edirdi. Alçalmış Serjin acı taleyi...
İndi isə gələk danışıqlar prosesinin gedişatına. Apreldə baş verən döyüşlərdə bütün Ermənistan, Xocalıda törətdiyi genosid zamanı dağınıq halda olan o zamankı Azərbaycanın artıq tarixə çevrildiyini, indi qarşısında Moskvanın azacıq üzünü o tərəfə çevirəcəyi halda onu cəmi 2 saata Qarabağdan deyil, elə İrəvanın özündən də qovub çıxaracaq güclü Azərbaycanın dayandığını öz gözləri ilə gördü. Bu, təbliğat üçün deyilmiş cümlə deyil, əsl faktdır.
Erməni cəmiyyəti həm də onu da anladı ki, artıq bu dəfə rəsmi Bakı ilə “müharibə dili” ilə danışıq aparmaq, ən azı mıənasız və özü-özünü altatmaq kimi bir şeydir. Azərbaycanın silah personalı bir neçə dəqiqəyə həttda Yerevanı belə Qafqaz coğrafiyasından silməyə yetər. Yenə də deyirəm, bu sözlər, təbliğat üçün deyil, doğrudan da belədir. Deməli 1992-1993-cü ildəki Azərbaycan artıq arxada qalıb.
Amma aprel döyüşləri həm də ermənilər üçün ona görə kabus oldu ki, artıq Ermənistanda dərk etdilər ki bir gün Rusiya da onların köməyinə gəlməyə bilər və o zaman xocalıda diri-diri yandırdıqları körpələrin həmvətənləri onları öz odunda qovura bilərlər. Yüz illər boyu Qafqazda rusların qapazaltısı rolunu oynayan ermənilər üçün bu fakt, gerçəkdən əsl kabusdur. Artıq Ermənistanda Azərbaycana başqa cür yanaşma prosesi başlayıb. Əsl həqiqəti dərk etmə dövrü...
V.Putin isə, aprel döyüşlərində haykanuşun çığırtısına qulaqlarını qapatmaqla, həm Yerevanda ayaq altında tapdanılan rus bayrağına görə erməniləri cəzalandırdı, həm də gələcək planları üçün Azərbaycanla vacib iş birliyi yaradacağına işarə vurdu. Belə tarixi və strateji maraqlar üçün özünə yük etdiyi ermənilərin çığırtısı Kreml sahibi üçün heç milçək pıçıltısı da deyil. Apreldə cəbhədə baş verənlər, açıq-aşkar V.Putinin region üçün nəzərdə tutduğu planların siqnalı idi həm də. Açıq-aydın görünən odur ki, görüş yeri Vyana, Paris, Brüssel olsa da, Qarabağın həll yolu, yaxud Qarabağ münaqişəsinin açar funksiyası Kremldə, V.Putinin masasındadır. Açarı V.Putində axtaraq...

İnform.az

Baxış sayı: 426