Sosial
25.05.2016 / 09:05

Leysan yağışları Gəncəni selə qərq edib

Leysan yağışları Gəncəni selə qərq edibSon günlər ara verməyən leysan yağışlar nəticəsində Gəncə çayında suyun səviyyəsi qalxıb və gecə saatlarında çayın sol sahilində yerləşən 10-a yaxın evi su basıb.
İnform.az xəbər verir ki, güclü sel çayın sol tərəfində qurulan torpaq bəndi yuyaraq yaşayış evlərinin həyətlərinə dolub.
Evlərin bəziləri qəzalı vəziyyətə düşüb. Vəziyyətin gərginləşdiyini görən bir çox sakin evini tərk edib.
Ərazidə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikası vasitəsiylə suyun istiqaməti dəyişdirilib və yaşayış evlərinin həyətlərinə dolan su xüsusi qurğularla təmizlənir.

İnform.az

Baxış sayı: 319