Diaspora Akademiyası, İdman
25.05.2016 / 00:00

“Formula-1” Avropa Qran-prisinin təbliği məqsədilə yarış təşkil olunub- Moskvada (Fotolar)

 “Formula-1” Avropa Qran-prisinin təbliği məqsədilə yarış təşkil olunub-
Moskvada “Formula-1” üzrə Avropa Qran-pri yarışlarının təbliğinə dəstək məqsədilə “Azərbaycanlı gənclərin kuboku” adlı kartinq yarışı keçirilib. Yarış Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının (ASGA) Rusiya nümayəndəliyinin təşkilatçılığı, Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun dəstəyi ilə gerçəkləşib.
İnform.az ASGA-nın məlumatına istinadən bildirir ki, tədbirdə Assosiasiyanın Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili yarış iştirakçılarına Azərbaycanın idman ölkəsi olduğunu, dövlətimizin başçısı İlham Əliyev tərəfindən idmançılara göstərilən diqqət və qayğıdan söz açıb. O, “Formula-1” yarışlarının ölkəmizin dünyada daha da tanınmasında və turizmin inkişafındakı əhəmiyyətini qeyd edib.
Sonra yarışa start verilib. Üç mərhələdə keçirilən yarışda birincilik uğrunda səkkiz komanda mübarizə aparıb. Birinci yeri Moskva Dövlət Hüquq Akademiyasının komandası tutub. İkinci və üçüncü yerlərə müvafiq olaraq “Tri -Medved” və Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun komandaları layiq görülüblər.

Qaliblərə kubok, diplom və medallar təqdim olunub.

 “Formula-1” Avropa Qran-prisinin təbliği məqsədilə yarış təşkil olunub-


 “Formula-1” Avropa Qran-prisinin təbliği məqsədilə yarış təşkil olunub-


 “Formula-1” Avropa Qran-prisinin təbliği məqsədilə yarış təşkil olunub-


 “Formula-1” Avropa Qran-prisinin təbliği məqsədilə yarış təşkil olunub-


İnform.az

Baxış sayı: 399