Gündəm, Maraqlı
20.05.2016 / 13:07

Mars son 11 ildə ilk dəfə Yerə bu qədər yaxınlaşaca

Mars son 11 ildə ilk dəfə Yerə bu qədər yaxınlaşaca

İnform.az xarici KİV-ə istinadən bildirir ki, Amerikan Milli Kosmos və Aviasiya idarəsi (NASA), Habl Kosmos Teleskopunun Mayın 12-də çəkdiyi Mars fotoşəkilini nəşr edib. Dünyadan 80 milyon kilometr uzaqlıqda göstərilən Mars şəkillərindəki detallar 32 - 48 kilometrə qədər kiçildilə bilinir. NASA-dan verilən açıqlamada fotoşəkildəki parlaq, donmuş qütb bölgələri ilə canlı, pas qırmızısı səth üzərindəki buludlar, bir günü 24 saat 37 dəqiqə olan Marsın dinamik mövsümləri olan planet olduğunu göstərir. Mayın 22-də Mars Dünya və Günəş ilə eyni xəttə gələcək. Dünya, Mars və Günəşin ortasında qalacaq. May 30-unda isə Mars planeti 11 il sonra Yerə ən yaxın mövqeyə gələcək və aradakı məsafə 75,3 milyon kilometrə qədər azalacaq.

İnform.az

Baxış sayı: 477