Baş xəbər, Dünya
20.05.2016 / 10:20

Türkiyəli alim Nobel mükafatını Anıtqəbir muzeyinə hədiyyə edib

Türkiyəli alim Nobel mükafatını Anıtqəbir muzeyinə hədiyyə edib

İnform.az AZƏRTAC-a istinadən bildirir ki, Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün xatirəsinə ehtiram olaraq dünya şöhrətli kimyaçı alim Əziz Səncər Nobel mükafatını Anıtqəbir muzeyinə hədiyyə edib.

Bu münasibətlə Atatürkü Anma, gənclik və idman bayramı günü Anıtqəbirdə təşkil olunan rəsmi mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Əhməd Davudoğlu, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar və digər rəsmi şəxslər iştirak ediblər.

Çıxışlarda professor Əziz Səncərin uğur və nailiyyətləri, o cümlədən doğma Vətəninə sevgisi və bağlılığı Türkiyə gəncliyi üçün örnək kimi qiymətləndirilib.

Türkiyəli alim Nobel mükafatını Anıtqəbir muzeyinə hədiyyə edib


İnform.az

Baxış sayı: 318