Hadisə
18.05.2016 / 22:10

Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus təyyarə qəzaya uğrayıb- Əlavə olunub

Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus təyyarə qəzaya uğrayıb-Təyyarə pilotlarının yaxınlarının "Report"a verdiyi xəbərə görə, qəza bir neçə saat öncə "AN-12" tipli yük təyyarəsi Əfqanıstandan havaya qalxdıqdan sonra baş verib.
Heyət üzvlərindən ikisinin vəziyyəti ağırdır, digərləri həyatlarını itirib. Yaralıların Ukrayna vətəndaşları olduğu bildirilir.
*** ƏLAVƏ OLUNUB
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının yaydığı məlumata görə, qeyri-dəqiq məlumata görə, Əfqanıstanın Gilmənd əyalətində ölkə daxilində yük daşımaları məqsədilə Azərbaycanın "Silk Way" şirkətindən icarəyə götürülən "An-12" təyyarəsində Dvayer hava limanından uçuş zamanı aviasiya hadisəsi baş verib.
Hadisə Bakı vaxtı ilə təqribən saat 18:30 radələrində qeydə alınıb. İcarəyə götürülən təyyarə beynəlmiləl heyət tərəfindən idarə olunub. Hava gəmisinin heyət üzvləri arasında 1 Özbəkistan (kapitan), 3 Ukrayna və 5 Azərbaycan vətəndaşı olub.
Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən hadisənin araşdırılması üzrə komissiya yaradılıb. Hazırda Əfqanıstan aviasiya qurumları ilə hadisənin səbəblərinin araşdırılması məqsədilə mayın 19-da komissiyanın nümayəndələrinin hadisə yerinə getməsi üzrə razılaşdırma prosesi gedir.
"An-12" Sovet istehsalı olan hərbi nəqliyyat təyyarəsidir. Fəal şəkildə hərbi məqsədlər, fövqəladə vəziyyətlər, hərbi texnika və şəxsi heyətin daşınması, həmçinin sərnişin və yük daşınmaları üçün istifadə olunur/"Report"

Baxış sayı: 377