Qəriblikdə kimimiz var?, Diaspora Akademiyası, Ədəbiyyat
18.05.2016 / 23:08

Ana qucağı

Ana qucağı
Rəna İbrahimova/Yekatrinburq

Hekayə


Həmişə get-gəlli,qonaq-qaralı ev bu axşam da öz ənənəsindən geri qalmırdı.
Gələn qonaqlar, yaxınlar öz söhbətlərində,deyib-gülməklərində idilər.
Hamı daqılışandan sonra qalan da vardı. Vüsaləyə həkim evdə müalicə olunmaq üçün göstərişlər vermişdi. Qonşuluqda tibb bacısı olduqu üçün ev sahibləri onun burada qalıb vaxtı-vaxtında iynələrinin vurulmaqını məsləhət gördülər.
Vüsalə zəif,cılız və olduqca halsız görünürdü. Əmisigildə qalmaq onun ürəyindən idi. Hamı tərəfindən diqqət və qayğı ilə əhatə olunacaqını bilirdi.
-Narahat olma,Vüsalə,sıxılma. Hər şey yaxşı olacaq:-deyə əmisi qızı ürək-dirək vetməyə çalışırdı. Qonağı rahatlayandan sonra pəncərənin qabaqına keçdi.
Gecənin qaranlıqında eyvandan küçəyə baxmaq, ulduzlu səmanı seyr etmək Məleykənin çox sevdiyi anlar idi. Bəlkə də saatlarla dayanıb gələcək planlarını qurub imtahanlarını uğurla verib gələcək həyatını qurmaq və təbii ki, xoşbəxt olmaq istəyi ilə ürəyi döyünər,çırpınardı. Ailə qurmaq-həm də ideal münasibətlər,qarşılıqlı anlaşma üzərində. Hər bir şeydə-sevincdə,kədərdə,mübahisələrdə,çətinliklərdə,xırda problemlərin belə çözülməsində belə birgə qərar qəbul edib hər şeyi öz axarına salmaq,həyatı qəlizləşdirib həlli mümkün olmayan məsələyə çevirməkdənsə birgə olub öhdəsindən ailə olaraq gəlməkdə görürdü ideallığı. Burada nə qədər dayanıb dəryalarda üzüb,göylərdə uçmaqının dəqiqələrmi,saatmı çəkdiyini unutmuşdu. Yəqin hələ də bu vəziyyətdə davam edəcəkdi. Əgər mətbəxdən gələn mübahisə olmasaydı.
Mətbəxə keçdi və atası ilə anasının nəyinsə üstündə mübahisə etdiyini gördü. Hər kəs özünün haqlı olduqunu sübuta yetirmək istəyirdi bir-birinə. Məleykənin gəlişi mübahisəni bir qədər yumşaltdı. Səslər yavaş-yavaş ahəngini dəyişdi. Yəqin evdə xəstənin olduqunu da xatırladılar. Ata əsəbi halda içəridən çıxdı. Ana qızını görüb daha da kövrəldi. Mübahisənin necə və nə üstə olduqunu, nə baş verdiyini qızına anlatmağa çalışırdı.
-Ana,bəlkə atam haqlıdı,düz deyir,əsəbləşmə ,sakit ol!
Anaya bu sözlər sakitlikk yox lap da od vurmuş oldu.
-Sən həmişə atanın tərəfini axlayırsan,bəs mən? Kimə deyim sözümü?
-Ana,mən elə demədim, deyirəm atam əsəbləşəndə sən sakit yanaş,sakitləşdir,bir çıxış yolu axtar.
-Sən indi gəlib mənə Allahlıq etmək istəyirsən? Sən nə istəyirsən axı? O sən,o da atan,get!
Nə deyib nə edəcəyini bilmədən qeyri-ixtiyari mətbəxdən çıxdı. Öz yataq otaqına keçdi. Elə bil donmuşdu,cansızlaşmışdı.
Vüsalə deyəsən yuxuya getmişdi, ya bəlkə də özünü elə göstərirdi. Məleykə soyunub yataqa girdi. Göz yaşlari qeyri-ixtiyari yanaqları aşağı süzülüb sinəsinə odlu cıqırlar salırdı. Yatmaq istəsə də yata bilmir, sağa-sola çevrilir, amma yata bilmirdi.
Anasının "Sən indi gəlib mənə Allahlıq edirsən?" sözləri qulaqlarında təkrar-təkrar səslənir,yatmağa,dincəlməyə, rahatlaşmaqa imkan vermirdi. Gecədən xeyli keçməsinə baxmayaraq hamı dərin yuxuda olsa da Məleykə yata bilmir,aramsız aqlayır,anasına dediyi sözləri özünə baqışlaya bilmirdi. Qardaşının yanına getmək,onunla danışmaq istəsə də fikrindən yan keçdi.
Olanları danışıb uzun- uzadı danışmaq lazım gələcəkdi. O isə yorulub yatmışdı. Necə olursa olsun yatmaq lazım idi. Sabah sübhdən oyanmaq,universitetə getmək lazım idi. İlan vuran yatdı, Məleykə yatmadı ki,yatmadı...
Yataqdan durub barmaqlarının ucunda anasıgilin yataq otaqına getdi. Qapını əvvəlcə yavaş-yavaş cəsarətsizcəsinə döydü.Anasının səs vermədiyini görüb sakit səslə qapının arxadından səsləndi:
-Ana,ana,yatmısan?
-Gir içəri,nə olub?
Ana həyəcanlandı.
-Heç nə,yata bilmirəm. Olar sənin yaninda uzanım?
-Gəl,niyə olmur:-deyə anası pıçıldadı.
Məleykə göz yaşlarını saxlaya bilməyib ucadan hönkürməyə başladı:
-Ana,məni baqışla,sənə cavab qaytardığım üçün. Nə qədər edirəm yata bilmirəm.
-Nəyi baqışlayım?
- Səni bayaq öz sözlərimlə daha da əsəbləşdirdim. Əzabdan yata bilmirəm. Ana qızını qucaqlayıb bağrına basdı,saçlarını sıqallayıb göz yaşlarını sildi.
-Mən də deyirəm görəsən nə olub? Vüsaləyə,qardaşına bir şey olub. Qorxutdun məni. Heç yadıma düşmürdü,yuxuya getmişdim. Ağlı kəsəndən anaya,onun isti nəfəsinə, qu tükü kimi aqappaq yumşaq sinəsinə bu qədər sıx sarılmamışdı bəlkə də.
"Necə isti,yumşaq,rahat,sakit,ətirlidi ana qucağı".

Ana qucağı

Daha da bərk-bərk qucaqladı anasını. Ağlamağı keçsə də, hıçqırtısı hələ də keçməmişdi, sanki ilk dəfə idi ana qucağına sığınırdı:
"İlahi,analar necə mərhəmətli,ürəyi geniş,qəlbləri saf,təmiz olurmuşlar. Mələklər,məleykələr göydə deyil,yerdəymişlər sən demə":-deyə düşünüb körpə uşaq kimi anasının boynuna sarılaraq mışıl-mışıl yatıb yuxuya getdi.

İnform.az

Baxış sayı: 1164