İqtisadiyyat
17.05.2016 / 18:42

Vergi orqanlarına şikayətlər 33% azalıb

Vergi orqanlarına şikayətlər 33% azalıbBu ilin aprel ayında Azərbaycanın vergi orqanlarına 8 450 müraciət daxil olub ki, bunun da 97,3%-i ərizə, 2,5%-i şikayət, 0,2%-i təklifdir.
"Report"un Vergilər Nazirliyinə istinadən verdiyi xəbərə görə, müraciətlərin 53%-i müxtəlif arayışların alınması, 21,2%-i kameral vergi yoxlamaları, 6,7%-i vergi borcları, 1,7%-i səyyar vergi yoxlamaları, 1,8%-i vergidən yayınma və dividendlərin verilməsi, 0,8%-i operativ vergi nəzarəti (o cümlədən, nağd hesablaşmaların aparılması qaydalarının pozulması), 0,5%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,3%-i qanunsuz sahibkarlıq fəaliyyəti, 0,1%-i korrupsiya hüquqpozmaları, 13,9%-i digər məsələlərlə bağlı olub.
Bütün müraciətlərə vaxtında baxılıb, onların 72,4%-i müsbət həll olunub.
Hesabat dövründə vergi orqanlarına daxil olmuş şikayətlərin sayı ötən ilin aprel ayı ilə müqayisədə 32,9% azalıb. Ümumilikdə, vergi orqanları tərəfindən 364 vətəndaş qəbul edilərək, onlara mövcud qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib/"Report"

Baxış sayı: 314