Baş xəbər, Maqazin
16.05.2016 / 12:54

" Sevinsinlər ki, mən onların mahnısını oxuyuram"- Şükürov(Ekslüziv) Yenilənib-

" Sevinsinlər ki, mən onların mahnısını oxuyuram"-

Son günlər Ədalət Şükürovun You Tube-da "Məni axtar darıxanda" mahnısı yüksək reytinq qazanıb.
Amma bu mahnının müəllifi Ədalət Şükürov deyil, başqalarıdır...
Bu barədə əməkdaşımız Ədalər Şükürovla əlaqə saxlayıb. O, deyib:
"Bəli You Tube-da gördüm xoşuma gəldi. Və oxudum. Mən bunu efir üçün oxumamışam. Bir də ki, onlar sevinsinlər ki, biz onların mahnılarını oxuyuruq. Mənim mahnımı yüz nəfər oxuyur nə olsun ki...
Problem varsa , götürüb silim onu ordan. Mən onu oxumamışam ki, onunla populyar olum. Sadəcə xoşuma gəlib."
Əməkdaşımızın "Olarmı siz müəllifin adını qeyd edəsiniz?" sualına Ədalət bəy belə cavab verib:
"Təbii, olar. Siz deyin kimdi, biz də yazaq"
Maraqlıdır, görəsən nə əcəb Ədalət bəy ifa etdiyi mahnının müəllifi ilə maraqlanmayıb?!



" Sevinsinlər ki, mən onların mahnısını oxuyuram"-





İnform.az

Baxış sayı: 553