Maraqlı
16.05.2016 / 12:24

Çinlilərin gözü niyə qıyıqdır?

Çinlilərin gözü niyə qıyıqdır?

Yalnız Çinlilərin deyil Orta və Cənub-Şərqi Asiyada yaşayanların, yaponların hətta Eskimosların da gözləri qıyıqdır. Əslində göz quruluşu bütün dünyada eynidir. Fərqi yaradan göz qapaqlarıdır. Qıyıq gözlü deyə xarakterizə edilən irqlərdə gözün üzərindəkigöz qapağının ikinci qıvrımı, gözün üstünə daha çox enmişdir. Bəzi nəzəriyyələrə görə bu qıvrım insanların gözlərini qalın qar təbəqəsinin göz qamaşdıran işığından qorumaq üçün bir növ qar eynəyi kimi inkişaf etmişdir. Çində və o biri bölgələrdə hər nə qədər çox qar yağmasa da onların ulu babalarının buzlaq çağında şimalda yaşadıqları daha sonra cənuba endikləri sübut edilmişdir. Yalnız gözləri deyil, burunları da küləyə qarşı qorunmaq üçün kiçilmiş, burun dəlikləri soyuğu maneə törətmək üçün daralmışdır. Dəriləri də qoruma məqsədli olaraq yağlıdır. Gözqapaqları da yağlıdır. Gözü və iç təbəqələrini quru və buza qarşı qoruyar. Yəni qıyıq gözlü deyil, aşağı göz qapaqlı, demək daha doğrudur.

İnform.az

Baxış sayı: 675