İqtisadiyyat
13.05.2016 / 14:19

"Excelsior Hotel Baku” otelində PR mövzusunda təlim keçirilib- Fotolar

"Excelsior Hotel  Baku”  otelində  PR  mövzusunda təlim keçirilib-

12 may 2016-cı il tarixində “Excelsior Hotel Baku” otelində ali təhsil müəssisələrinin tələbələri üçün ictimaiyyətlə əlaqələr işinin qurulması mövzusunda təlim keçirilib.
Bu barədə İnform.az-a AtaHolding ASC-in Kommunikasiya şöbəsinin rəisi Dilarə Zamanova bildirib.
Onun sözlərinə görə təlimin məqsədi ictimaiyyətlə əlaqələr işinə maraq göstərən və gələcəkdə özünü bu sahədə sınamaq istəyən gəncləri bu sahənin əsas məqsəd və prinsipləri ilə tanış etməkdir.
Təlimdə “Veysəloğlu” şirkətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri İlham Məmmədov PR işinin məqsəd və prinsipləri, Bakcell şirkətinin Korporativ Kommunikasiya bölməsinin rəhbəri Süheyla Cəfərova Korporativ Sosial Məsuliyyət, Mədəniyyət və Turizm nazirliyinin informasiya, elektron media və resurslarla iş sektorunun müdiri, “Mədəniyyət.az” jurnalının redaktoru Zöhrə Əliyeva jurnalist etikası , “AtaHolding” ASC Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova isə şirkətlərdə daxili kommunikasiyalar mövzuları üzrə təqdimatlar ediblər.

Tədbirdə bank və digər şirkətlərin PR menecerləri də iştirak ediblər.

"Excelsior Hotel  Baku”  otelində  PR  mövzusunda təlim keçirilib-


"Excelsior Hotel  Baku”  otelində  PR  mövzusunda təlim keçirilib-


"Excelsior Hotel  Baku”  otelində  PR  mövzusunda təlim keçirilib-


İnform.az

Baxış sayı: 371