Ədəbiyyat
13.05.2016 / 17:53

"Azərbaycan"jurnalı-5

"Azərbaycan"jurnalı-5Azərbaycanda ədəbiyyatsevərlərin səbrsizliklə gözlədiyi "Azərbaycan" jurnalının növbəti buraxılışı işıq üzü görüb.
Ədəbiyyatsevərlər bu buraxılışda Süleyman Rüstəmin 110 illik yubileyi ilə əlaqədar dahi yazıçı Anarın "Süleymanla Süleymansız" yazısı ilə tanış ola bilərlər.

Bundan başqa, nəsr bölməsində Mübariz Cəfərlinin "İkinci Adəm" romanı, Atababa İsamyıloğlunun "Köləliyin ilk günü", Laura Cəbrayıllının "Göz yaşı muzeyi" hekayələri çap olunub. Eldar Səfa, Mənsurə Qaçayqızı, Yusif Həsənbəy, Rəşid Faxralı, Məryəm Aslanqızı, Ağacəfər Həsənli və Aqşin Evrənin şeirləri də bu sayda yer alıb.

Bundan oxucular jurnalın "Dəyirmi masa", "Aktual mövzu", "Tənqid və ədəbiyyatşünaslıq" rubrikalarında maraqlı yazılarla, Əlyazmalar İnstitutunun yeni nəşrləri ilə tanış ola biləcəklər.. Həmçinin Nizamı Cəfərovə məxsus "Keçən günlərin "tərcümeyi-hal"ı və Günel Natiqin "Kafka yalqızlığı" da maraq doğurur.

A.Xiləli/İnform.az



Baxış sayı: 491