Hadisə
13.05.2016 / 11:15

Bakıda polis bölməsində ölüm hadisəsi baş verib

Bakıda polis bölməsində ölüm hadisəsi baş veribXəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün 1-ci Polis Bölməsində qeydə alınıb. İzahatı alınmaq üçün bölməyə dəvət olunan 1986-cı il təvəllüdlü Zaur Səxavət oğlu Sultanov polis bölməsinin həyətində səhhəti qəfildən pisləşib və ölüb. Ölümün səbəblərini müəyyənləşdirməkdən ötrü tibbi ekspertiza təyin olunub.

Faktla bağlı araşdırma aparılır./APA

Baxış sayı: 349