Maraqlı
12.05.2016 / 19:55

Həyat üçün münbit 9 planet tapıldı

Həyat üçün münbit 9 planet tapıldı

İnform.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ Milli Aviasiya və Kosmos Idarəsi (NASA) Kepler Kosmos Teleskopunun qalaktikamızda 1284 planet tapması haqqında xəbər verib. NASA-dan verilən açıqlamada əsas vəzifəsi yer kürəsinə bənzəyən planetləri tapmaq olan Kepler Teleskopunun 2015-ci ildə günəş sisteminin xaricində tapdığı planetlərin 1284-ünün təsdiq edildiyi bildirilib. Bundan başqa indiyə qədər təxminən 5 min planetin kəşf edildiyi və bunların 3200-nün təsdiq edildiyi bildirilib. Keplərin kəşf etdiyi planetlərin cəmi isə 2325 olduğu açıqlanıb. Açıqlamada həmçinin tapılmış planetlərin təxminən 550-nin kiçik və dünya kimi qayalıq olduğu ifadə edilib. Tapılan planetlərdən 9-unun isə həyat üçün münbit bölgə olduğu qeyd edilib. Keplərin ilk vəzifəsi günəş sisteminin xaricindəki 5 min planeti araşdırdıqdan sonra 2012-ci ildə bitmişdi, yeni vəzifəsi K2 isə 2014-cü ildə başlamışdı. NASA-nın kosmosda minlərlə ulduzu tapan və bir çox əhəmiyyətli kəşfə imza atan Keopler Teleskopu 2009-cu ildə kosmosa göndərilib.

İnform.az

Baxış sayı: 342