Maqazin
12.05.2016 / 19:31

Colidən örnək davranış

Colidən örnək davranış

İnform.az "Daily Mail" qəzetinə istinadən xəbər verir ki, Oskar laureatlı Amerikalı aktrisa və rejissor Ancelina Coli Kambocada 12 uşaqlı bir ailəyə kömək əlini uzadıb. Coli rejissorluğunu etdiyi "First They Killed my Father (Əvvəl Atamı Öldürdülər) filminin çəkilişləri üçün ailəsiylə keçən il Kambocaya gedib. Coli Siyem Rip şəhərində uçuq-sökük bir daxmada yaşayan ailənin uşaqlarının bütün təhsil xərclərini öz üzərinə götürüb. Colinin qızları Şiloh və Zahara 16 yaşındakı Leida Şou və ailəsi ilə Siyem Rip şəhəri küçələrində dilənərkən tanış olub və qısa müddətdə yoldaş olublar. Coli və özü kimi aktyor olan həyat yoldaşı Bred Pit ailəni evlərində ziyarət ediblər. Xeyriyyə təşkilatlarının payladığı yemək yardımı ilə yaşamağa çalışan ailəyə kömək etmək qərarı alınıb. Cütlük məktəb yaşındakı 8 uşağı ölkənin ən yaxşı məktəblərdən biri kimi tanınan, həm İngilis, həm də Kambocanın rəsmi dilində təhsil verən Nyu York Beynəlxalq Xüsusi Məktəbinə adlarını yazdırıb və bütün xərclərini öz üzərlərinə götürüblər.

İnform.az

Baxış sayı: 372