Maraqlı
12.05.2016 / 09:11

Dünyanın heç vaxt öpüşməyən xalqları

Dünyanın heç vaxt öpüşməyən xalqları

İnform.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə alimlər sübut edib ki, öpüş – refleks deyil.
Məsələn uşaqlar öpüşə bilmir. Yəni öpüşməyə öyrənmək lazım gəlir. Və ya bəzi vaxtlarda buna heç ehtiyac olmur... Dünyada bəzi ölkələr və xalqlar var ki, onlar öpüş nə olduğunu heç bilmirlər...
Məsələn:

10 – cu yer: Çittaqonq yüksəkliklərində (Banqladeşdə) yaşayan bəzi tayfalarda “məni öp” ifadəsi yoxdur, çünki onlar öpüşmür. Lakin onların arasında “məni iylə” ifadəsi var.

9 –cu yer: Bədbəxt səyyah Kuk (onu Yeni Zellandiya aborigenləri yemişlər) yazırdı ki, həmən Yeni Zellandiya xalqları görüşərkən, biri-birinin burunları ilə sürtünüllər.

8 –ci yer: Santa – Mariya adasında yaşayan tayfalar da özlərini eyni aparır və biri-birini iyləyirlər

7 –ci yer: Papuaslar, tasmaniyalılar və Fillipinin Fuqa adasında yaşayanlar, görüşərkən başlarının üstündə gözəl qoxulu bir şey tuturlar

6 –cı yer: Hind okeandakı Sokotra adasında yaşayanlar görüşəndə biri birini çiyinə öpürlər.

5 –ci yer: Tonqa adalarında (onlara Dostluq adası da deyirlər) dostla görüşəndə, onun sağ əlini götürüb öz ağız-burunlarına sürtüllər.

4 –cü yer: Kral adalarında yaşayan tayfalar görüşərkən, adamı qucaqlayıb, burun buruna söykəyib, o ki var biri-birinə sürtüllər.

3 –cü yer: Bu Birmada yaşayan xalqlara məhsusdur. Onlarda salam “nomtschi” adlanır, yəni “qoxu almaq”.

2 –ci yer: Çınlilər də öpüşmürlər, yalnız burunları ilə biri-birinin yanağına toxunurlar. Lap bizim bəzi nazlı xanımlarımız kimi...

1 –ci yer isə yaponlara aiddir.
Çünki onlar hesab edirlər ki, camaat arasında öpüşmək ayıbdır. Məhz buna görə siz heç bir Yapon filmində öpüş epizoduna rast gələ bilməzsiniz. Yapon öpüşü çox spesefikdir – aralı duran insanlar ağız açmadan biri-birinin dodaqlarına toxunurlar!

İnform.az



Baxış sayı: 232