Maqazin, Mədəniyyət
11.05.2016 / 11:28

Azərbaycan final mərhələsinə yüksəldi — “Eurovision - 2016” - VİDEO

Azərbaycan final mərhələsinə yüksəldi —

Bu gün İsveçin paytaxtı Stokholmun “Globe” arenasında “Eurovision-2016” mahnı müsabiqəsinin birinci yarımfinal mərhələsi keçirilib.

İnform.az xəbər verir ki, Azərbaycanı "Miracle" mahnısı ilə təmsil edən Səmra Rəhimli finala vəsiqə qazanıb. Azərbaycan ən çox səs toplayan ölkə olub.

Finala çıxan digər ölkələr:

Rusiya, Niderland,Macarıstan,Xorvatiya, Avstriya, Ermənistan, Çexiya, Kipr, Malta.

Finala vəsiqə qazanmış 10 ölkənin təmsilçiləri canlı şoudan sonra mətbuat konfransı keçirəcək. Bu mətbuat konfransında püşkatma nəticəsində finala keçən 10 ölkənin mayın 14-də çıxış ardıcıllığı müəyyən olunacaq.

Birinci yarımfinal mərhələsində 18 ölkə finala keçmək uğrunda yarışıb:

Ukrayna, Macarıstan, Yunanıstan, Rusiya, Niderland, Ermənistan, Moldova, San-Marino, Finlandiya, Xorvatiya, Avstriya, Bosniya və Herseqovina, İslandiya, Kipr, Monteneqro,Çexiya, Estoniya.

Qeyd edək ki, finala birbaşa vəsiqə qazanan ölkələr - müsabiqənin bu ilki ev sahibi İsveç və Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.





İnform.az

Baxış sayı: 510