Qəriblikdə kimimiz var?, Diaspora Akademiyası
09.05.2016 / 12:18

Rusiyada yaşayan azərbaycanlı qadınların şəhid analarına məktubu

Rusiyada yaşayan azərbaycanlı qadınların şəhid analarına məktubu

Şuşanın işğalından 24 il ötür.Şuşasız dünyaya gələn şuşalının 24 yaşı tamam olur. Ancaq inanırıq ki, bu il Şuşasız son ilimiz olacaq.Məğrur Azərbaycan Ordusu nəyə qadir olduğunu göstərdi.Bizə, doğma torpağlarımızi yad qonaqlardan təmizləyəcəyimizə ümid verdi.Öz müqəddəs qanlarıyla bu torpaqları sulayan şəhidlərimizin tezliklə ruhları şad olacaqdır. Analarımız görəcəklər ki, igid övladlarının qanı yerdə qalmayacaq.
Moskva şəhərində yaşayan azərbaycanlı ziyalı xanımlar, Azərbaycan-Rus Mədəniyyət və Həmrəylik mərkəzinin Qadınlar Birliyi adından şəhidlərin ruhuna verilən ehsanda iştirak edərək, Vətən uğrunda canından keçmiş şəhid əskərlərimizin analarına məktub və video müraciyyət hazırlayıblar.
Məktubda deyilir:

Əziz xanımlar ! Dərdinizi öz dərdimiz bilərək, Vətənimizin bütövlüyü uğrunda canlarını qurban verən Vətən oğulları qarşısında baş əyirik.
Vətən sevgisi körpəlikdən ürəyimizdə məskən salır. Böyüdükcə kim olmağımızdan, harda olmağımızdan asılı olmayaraq qəlbimizdəki Vətən sevgisi böyüməkdə davam edir. Və bu sevgi anamıza, atamıza olan sevgi qədər müqəddəs olur. Anamızın, bacımızın qeyrətini necə çəkiriksə Vətən qeyrəti də bizim milli borcumuz olur. Vətənpərvərlik təkcə Vətəni sevmək deyil, həm də üzərinə düşən sahədə Vətən naminə çalışmaq, vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərməkdir.
Övladlarınızın şücayəti bizə yaxın bir vaxta işğal olunmuş toraqlarımızı azad edəcəyimizə və doğma torpaqlardan uzaq düşmüş soydaşlarımızın öz evlərinə qayıdacağına ümid verdi.Milli ruhumuzu və birliyimizi gücləndirdi.
Əziz analar və bacılar! Başınızı dik saxlayın.Ağlamıyın.Siz bu Vətəni öz müqəddəs qanlarıyla sulayan şəhid analarısınız.Biz, Moskvada yaşayan soydaşlarınız olaraq sizə həmişə maddi və mənəvi dəstək göstərməyə hazırıq.
Allahdan Sizə səbr, şəhidlərimizə rəhmət diləyirik.

Hörmət və ehtiramla:
Səidə Rəhimli
Sevinc Soltanova
Həsənova Məxluqə
Əliyeva Pərvanə
Yusifzadə Xeyransa
Ramazanova Nüşabə
Tanriverdi Günay
Hüseynova Əminə
Musaeva Hənifə
Fətəliyeva Arzu
Tağıyeva Aybəniz
Alışova Gülnur
Orucova Zəminə
Hüseynova Firuzə
Əliyeva Aytəkin
Şükürova Venera
Şaxbazova Lamiyə
Rusiyada yaşayan azərbaycanlı qadınların şəhid analarına məktubu


Rusiyada yaşayan azərbaycanlı qadınların şəhid analarına məktubu




İnform.az

Baxış sayı: 633