Elm-təhsil
10.05.2016 / 12:31

Ümummilli lider Heydər Əliyev BANM-də anıldı

Ümummilli lider Heydər Əliyev BANM-də anıldı

Müasir müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü Bakı Ali Neft Məktəbində (BANM) anılıb.
İnform.az BANM-nin mətbuat xidmətindən daxil olan məlumata istinadən bildirir ki, Ali Məktəbin rəhbərliyi, professor-müəllim heyəti və tələbələri ümummilli lider Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət edərək, ulu öndərə dərin hörmət və ehtiramlarını nümayiş etdiriblər.
Bununla yanaşı, mayın 10-da BANM-in bütün tədris auditoriyalarında ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onun keçdiyi şərəfli həyat yolu, müasir Azərbaycan dövlətçiliyinin qurulmasında əvəzsiz xidmətləri haqqında danışılıb, Azərbaycanın qurtuluşunda göstərdiyi müdrik siyasəti və uzaqgörənliyi ilə xalqın ulu öndərinə çevrilərək, ürəklərdə özünə əbədi bir yer tutduğu qeyd olunub.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Dövlət Bayraq Muzeyində seminar təşkil olunub. BANM-in İngilis dili və humanitar fənlər mərkəzinin dosenti, tarix üzrə fəlsəfə doktoru Ələmdar Şahverdiyev tərəfindən BANM tələbələri üçün “Heydər Əliyevin siyasi portreti” adlı seminar keçirilib. Seminarda ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətindən, onun həyata keçirdiyi dövlət siyasətindən söz açılıb və bu sahədə xidmətləri vurğulanıb.

Seminar sual-cavab və müzakirələrlə yekunlaşıb.

Ümummilli lider Heydər Əliyev BANM-də anıldı


Ümummilli lider Heydər Əliyev BANM-də anıldı


İnform.az

Baxış sayı: 272