İqtisadiyyat
17.06.2015 / 01:45

İpoteka Fondu 16962 mənzil krediti ayırıb

İpoteka Fondu 16962 mənzil krediti ayırıb

Azərbaycan İpoteka Fondunun (AİF) agent bankları indiyədək 16 min 962 ipoteka krediti ayırıb.

Bu barədə İnform.az-a AİF-dən məlumat verilib.

Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 683 milyon 541 min 178 manatdan çoxdur.

Fond ipoteka kreditlərinin verilməsinə 2006-cı ilin mart ayından etibarən başlayıb.

Baxış sayı: 328