Maraqlı
06.05.2016 / 09:51

Apple şirkəti haqqında az bilinən 9 fakt

Apple şirkəti haqqında az bilinən 9 fakt

Bu yazını yəqin ki, xeyli sayda oxuyucu iPhone və ya Macbook’dan oxuyur. Apple dünyanın ən populyar və simvolik şirkətlərindən biridir. Ancaq bununla belə, Steve Jobs’un qurucusu olduğu şirkətlə bağlı qaranlıq qalan bəzi şeylər var. Apple’i daha yaxşı tanımağınız üçün həmin doqquz məlumatı sizə təqdim edirik.

9. Apple bütün transferləri hava yolu ilə edir.
Statistikalara görə gəmi ilə daşınma təxminən 30 saat çəkir və Apple hava yollarından istifadə edərək bu vaxtı ən azı yarıya qədər endirir. Bundan əlavə, oğurluq riskini də azaltmış olur.

8. Kaliforniyada gizli paketləşdirmə otağı var.
Paketləşdirməni optimallaşdırmaq üçün Kaliforniyada yerləşən mərkəzi ofisdə bu iş üçün xüsusi otaq ayrılıb. Burada işləyən insanlar sifariş edən müştəriləri daha çox məmnun etmək üçün işləyirlər.

7. Apple tarixin ən böyük rüblük qazanc rekordu əldə edib – 18 milyard $
2015-ci ilin yanvarında Apple iqtisadi göstəricilərini açıqlayanda, bununla bir neçə rekord qırdığını da açıqlamışdı. Bunlarda ən diqqət çəkəni şirkətin son üç aylıq qazancının 18 milyard dollar olması idi. Bu sadəcə Apple üçün deyil, bütün şirkətlər arasında rekord göstərici idi.

6. Apple həm də oyun konsolları istehsah edib.
Pippini xatırlayırsınız? Əksəriyyətinizin xatırlamaması normal sayıla bilər. Apple həm də oyun konsolları istehsal edib və sadəcə 50.000 ədəd satmağa nail olub.

5. Apple ofisində dülgər komandası işləyir.
Dülgərlik və Apple şirkəti arasında hər hansı bir əlaqə olmasa da, şirkət rəhbərliyi şirkətin sirrlərini risk atacaq hadisələrin baş verdiyi anda sürətli müdaxilə edə bilmək üçün belə bir heyətə ehtiyac görür.

4. İlk iPhone satışa çıxdığı zaman sadəcə 14.000 işçisi var idi.
İlk iPhone satışa çıxdıda, 14.000 işçisi olan şirkətdə, hal-hazırda 92.000 adam işləyir. Müqayisə üşün Samsungun işçi sayı Apple, Microsoft və Google’dakı işçilərin hamısının cəmindən daha çoxdur.

3. M68
İlk iPhone çox böyük bir layihə olduğu üçün gizli saxlanırdı və kod müəyyən olunmuşdu: M68. İş prosesi davam edərkən hardware və software komandalarının bir-birindən xəbəri olmamışdı.

2. İlk Apple kompüterinin qiyməti : $666.66
Apple ilk kompüterinin qiymətini müəyyən edəndə satanik inancları diqqətə almamamışdı. Klaviaturada daha rahat yazıldığı üçün eyni rəqəmdən istifadə edərək, beş dənə 6 rəqəmindən ibarət qiymət müəyyən etmişdi.


1. Steve Jobes’un meyvə sevgisi
Şirkətin adı və loqosu o qədər də dərin məna daşımır. Apple qurulduğu dövrdə Steve Jobes meyvə dietası saxlayırdı və alma adını seçmək məhz elə burdan ağlına gəlmişdi/qadinlar.biz

Baxış sayı: 276