Hüquq
05.05.2016 / 15:29

Binədə taksi sürücüsünü qarət etmək istəyənlərə hökm oxunub

Binədə taksi sürücüsünü qarət etmək istəyənlərə hökm oxunubBakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakinləri Ədalət Şirəliyevin və Telman Məmmədovun CM-nin 181.2.1 (quldurluq, bir qrup şəxs tərəfindən törədildikdə) və 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

İnform.az bildirir ki, ötən il noyabrın 26-ı gecə saat 2 radələrində Xəzər rayonunun Binə qəsəbəsində şəxsiyyəti məlum olmayan 2 nəfər "Saipa" markalı avtomobilin sürücüsü İbrahim Qarayevi bıçaqla hədələyib, pul verməsini tələb ediblər. Lakin sürücü onlara müqavimət göstərdiyi üçün quldurlar hadisə yerindən qaçıblar. Hadisə ilə əlaqədar zərərçəkən Xəzər RPİ 2-ci polis bölməsinə müraciət edib və həmin gecə şübhəli şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.

Məhkəmənin hökmü ilə T.Məmmədov 11 il, Ə.Şirəliyev 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.

İnform.az

Baxış sayı: 274