Hüquq
05.05.2016 / 12:39

Abuzər Cəfərovun məhkəməsinin hazırlıq iclası başlayıb

Abuzər Cəfərovun məhkəməsinin hazırlıq iclası başlayıbBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Abuzər Cəfərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
İnform.az "Report"un xəbərinə görə bildirir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası 13-nə təyin edilib.
Qeyd edək ki, müstəqil jurnalist A.Cəfərov ötən il Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, 8 nəfərə şəxslərdən işə düzəltmək adı ilə pul alaraq qaytarmayıb. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb. Həbs olunarkən onda 20 ədəd saxta vəsiqə də aşkar edilib.
Qeyd edək ki, A.Cəfərov "Siyasi məhbuslarsız Azərbaycan" İctimai Alyansı ilə əməkdaşlıq edib.

İnform.az

Baxış sayı: 287