Hadisə
14.07.2015 / 22:43

Tiflisdə yaşayış binası partlayıb

Tiflisdə yaşayış binası partlayıb

Tiflisin Qldani massivinin 6-cı rayonunda? yaşayış binasının ikinci korpusunda güclü partlayış baş verib.

İnform.az APA-nın Gürcüstan bürosunun məlumatına istinadən bildirir ki, ilkin versiyada bildirilib ki, partlayış qaz sızmasından baş verib.

Tiflis şəhər meri David Narimaniya hadisə yerində jurnalistlərə açıqlamasında bildirib ki, qaz sızmasında baş verən partlayış nəticəsində 4 nəfər ölüb və 8 nəfər zərər çəkib.

Hadisə yerində Tiflis fövqəladə hallar departamentinin xilasediciləri çalışırlar.

Xatırladaq ki, hadisə ilə bağlı Gürcüstan CM-nin 240-cı (təhlükəsizlik qaydalarına əməl etməmək) maddəsinə əsasən cinayət işi qaldırılıb, araşdırma aparılır.

Baxış sayı: 386