Din, Şərhlər
29.04.2016 / 14:43

124 min peyğəmbər, yoxsa 124 min səhabi ?

124 min peyğəmbər, yoxsa 124 min səhabi ?
Ağababa İbrahimov

SƏHABİ kimə deyilir?
Məhəmməd peyğəmbərin vaxtında yaşından və cinsindən asılı olmayaraq peyğəmbərimizi görmüşsə, ya onunla danışmışsa, yaxud onlar peyğəmbərimizin sağlığında iman ilə vəfat etmişlərsə onlara səhabi deyilir. Səhabi söhbətdə iştirak edən, yoldaş mənasındadır.
Peyğəmbərimizi görüb onun sağlığında imana gəlməyən, onun vəfatından sonra imana gələn, eləcə də müsəlmən ikən sonra mürtəd olan (sonra müsəlmənlıqdan çıxan) səhabi deyil.

ƏSHABİ-KİRAM dini hökmlər baxımından ən mötəbər şəxslərdir. Onlar Qurani Kərimi peyğəmbərimizdən öyrənib sonrakılara öyrətmişlər və açıqlamışlar. Peyğəmbərimizin söylədikləri və etdikləri haqqında bilgiləimiz onların gördükləri və istinad etdiklərinə söykənir. Əshabi-Kiramın söylədikləri hökmllər hədisi şərifin əsasını təşkil edir. İslamiyyət alimlərinin söz birliyi əshab zamanında tam və mükəmmlə şəkildə gerçəkləşmişdir. Əhli-sünnət alimləri Əshabi Kiramın 3 üstünlük səviyyəsini müəyyən etmişlər:

1. MÜHACİRlər Məkkə şəhəri alınmazdan öncə Məkkədən və başqa yaşayış yerlərindən vətənlərini, yaxınlarını tərk edib Mədinəyə hicrət edənlərdir. Bunlar iman gətirib Məhəmməd peyğəmbərin yanına köçənlər və ya Məhəmməd peyğəmbərin yanına köçüb orda iman gətirənlərdir.

2. ƏNSARlar. Mədinə şəhərində və ya bu şəhərə yaxın yerlərdə və Evs ilə Həzrəc adlə iki ərəb qəbiləsindən olan müsəlmanlara ənsar deyilir. Çünki peyğəmbərimizə hər cür yardım və fədakarlıq göstərəcəklərinə söz vermiş və sözlərinə əməl etmişlər.

3. Digər əshabi kiramlar Məkkə şəhəri alındığı vaxt və sonrakı dövrlərdə Məkkədə və başqa yerlərdə imana gələnlərdir. Onlar mühacir və ənsar adlanmır. Onlara səhabi deyilir.

ƏSHABİ KİRAMın ən üstünləri aşağıdakı ardıcıllıqladır:

- Peyğəmbərimizin 4 xəlifəsi,
- Cənnətlə müjdələnmiş (Aşerei mübəşşər) 10 adam,
- ilk müsəlman olan 40 adam
- Bədr savaşında iştirak edən 313 adam.
- Uhud savaşında iştirak edən700 qəhrəman,
- Hicrətin 6-cı ilində ağacın altında "öldü var, döndü yox" deyən 1400 adam. Bu sözləşməyə Biəti Ridvan deyilir.
Əshabi Kiramın sayı: Məkkə fəthində 10 min, Tebük savaşında 70 min, vida həccində 90 min, peyğəmbərimiz vəfat etdiyi zaman 124 mindən çox səhabi olmuşdur.

İnform.az

Baxış sayı: 565