Elm-təhsil
28.04.2016 / 14:30

MDU Energetika və mexanika faklütəsində TEC-in konfransı

MDU Energetika və mexanika faklütəsində TEC-in konfransı

Mingəçevir Dövlət Universiteti “Energetika və mexanika” fakültəsi Tələbə Elmi Cəmiyyətinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Bu günün gənc tədqiqatçıları Azərbaycanın sabahkı alimləridir” mövzusunda elmi konfransı keçirilib.

MDU-nun mətbuat xidmətindən İnform.az-a daxil olan məlumatda deyilir:

Konfransın işini açıq elan edən fakültə dekanı, dosent Vüqar Mustafayev qeyd edib ki, Tələbə Elmi Cəmiyyətinin yaradılmasında həm tələbələrin təşəbbüsü, onların fəal vətəndaş mövqeyi və elmə marağı, həm də bu cür tələbə birliyinin fəaliyyəti üçün bütün lazımi şəraiti yaradan universitet rəhbərliyi əhəmiyyətli rol oynamışdır. Məhz bu maraqlar balansı, bir növ simbioz şəklində, onun mütəşəkkil inkişafına kömək edən başlıca amillərdən biridir.

Mingəçevir Dövlət Universitetinin Elmi işlər üzrə prorektoru, professor Veysəl Əyyubov konfrans iştirakçılarına elmi-tədqiqat işlərinin təşkili və əlaqələndirilməsi vəzifələrini Tələbə Elmi Cəmiyyəti yerinə yetirdiyini qeyd edib. Bildirib ki, Tələbə Elmi Cəmiyyəti sabahın gənc tədqiqatçılarının həqiqi axtarış və yaradıcılıq məktəbidir. Eyni zamanda, bu cəmiyyət istedadlı və bacarıqlı tələbələrin üzə çıxarılmasında mühüm rol oynayır. Bu elmi arena tələbələrin nə qədər bilikli, bacarıqlı, elmə bağlı olmalarını nümayiş etdirmələri baxımından çox önəmlidir. Professor V.Əyyubov tələbələrə konfransın işində uğurlar arzulayıb.

Universitetin TEC sədri, baş müəllim Günəş Şəfaqətov konfransın proqrama uyğun olaraq, fakültə tələbələrinin yeddi elmi məqaləsinin təqdim olunduğunu qeyd etdi. EM12 saylı qrupun tələbəsi Aytən Mahmudova “Ekoloji problemlərin həll yollarının bəzi aspektləri” (elmi rəhbər k.f.d. P.Səfərova) mövzusunda; İT14 saylı qrupun tələbəsi Nigar Mayılova “Əşyaların interneti” (elmi rəhbər tex.f.d., dos. E.İsrafilova) mövzusunda; YN13 saylı qrupun tələbəsi Əli Qurbanov “Avtomobil nəqliyyatının ekologiyası” (elmi rəhbər tex.f.d., dos. S.Qəhrəmanov) mövzusunda; MM14 saylı qrupun tələbəsi Rövşən Hüseynov “İki müxtəlif yükqaldırma mexanizminin layihələndirilməsinin bəzi xüsusiyyətləri” (elmi rəhbər baş müəllim Mirzə Gümayev) mövzusunda; İE14 saylı qrupun tələbəsi Nigar Rzazadə “Hidrogen-kationlaşma prosesinin təkmilləşdirilmiş kimyəvi duzsuzlaşdırma sxemlərinin işlənməsi” (elmi rəhbər tex.f.d. H.Əsgərova) mövzusunda; İT13 saylı qrupun tələbəsi Fəridə Quliyeva “3D printerlərinin iş prinsipi və tətbiq sahələri” (elmi rəhbər Aidə Mustafayeva) mövzusunda; EE13 saylı qrupun tələbəsi Orxan Abdurəhmanov “Eleqaz açarlarının tədqiqi” (elmi rəhbər Alim Nəcəfov) mövzusunda çıxış ediblər.

Sonda Mingəçevir Dövlət Universitetinin Elmi işlər üzrə prorektoru, professor Veysəl Əyyubov konfrans və məruzəçilər barədə fikir mübadiləsi aparıb. Fiklərini söyləyib, təkliflərini bildirib.

Qeyd edək ki, konfransda tələbələrə müasir informasiya və telekommunikasiya vasitələrindən istifadə etməklə, proyektor vasitəsi ilə təqdim olunan elmi məqalələrin bütün detalları: cədvəllər, şəkillər, diaqramlar əyani şəkildə, təfsilatı ilə konfrans iştirakçılarına təqdim olunub.

MDU Energetika və mexanika faklütəsində TEC-in konfransı

MDU Energetika və mexanika faklütəsində TEC-in konfransı


MDU Energetika və mexanika faklütəsində TEC-in konfransı


MDU Energetika və mexanika faklütəsində TEC-in konfransı

MDU Energetika və mexanika faklütəsində TEC-in konfransı

MDU Energetika və mexanika faklütəsində TEC-in konfransı

MDU Energetika və mexanika faklütəsində TEC-in konfransı


MDU Energetika və mexanika faklütəsində TEC-in konfransı

MDU Energetika və mexanika faklütəsində TEC-in konfransı


İnform.az

Baxış sayı: 403