İdman
28.04.2016 / 12:31

PSJ-nin skautları Bakıya gəlirlər

PSJ-nin skautları Bakıya gəlirlərBakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatını izləmək üçün daha 6 klubun skautları paytaxta gələcək.
İnform.az sportnet.az-ın məlumatına istinadən bildirir ki, siyahıya Almaniya, Fransa və Hollandiya klubları əlavə olunub.

Ümumilikdə çempionatın izləmək üçün skautları Bakıya gələcək Avropa klubları bunlardır: "Mançester Siti” (İngiltərə), "Arsenal” (İngiltərə), "Sevilya” (İspaniya), "Portu” (Portuqaliya), "Mançester Yunayted” (İngiltərə), "Bavariya” (Almaniya), "Monako” (Fransa), "Benfika” (Portuqaliya), "Red Bull Zalsburq” (Avstriya), "Middlsbro” (İngiltərə), PSJ (Fransa), "Bornmut” (İngiltərə), PSV Eyndhoven (Hollandiya), "Borussiya" (Münxenqladbax, Almaniya), "Hamburq” (Almaniya), "Olimpik Marsel” (Fransa).

Qeyd edək ki, Avropa çempionatı 5-21 mayda keçiriləcək.

İnform.az

Baxış sayı: 213