BİZ, Şərhlər
28.04.2016 / 12:13

Ya... cəddimiz!

Ya... cəddimiz!
Ağababa İbrahimov


Yüz illər idi ki, torpağımız, millətimiz işğallara, talanlara məruz qalır, insanlar doğma el-obasından qovulur, var- dövlətlərini itirirlər. İndi də çox torpaqlarımız düşmənlərimizin əsirliyindədir, düşmənlərimizin kimlikləri də bəllidir. Ata-babalarımızın ruhları rahat olmur, bizdən qisas tələb edirlər. Analarımızın fəryadı ərşə dayanır. Sonu isə hələ görünmür...
Amma bütün bunlara rəğmən məəttəl qalası bir iş var, cəddimizin qüdrətinə inamımız güclənə-güclənə gedir...
Cəddi qılıncdan iti seyidlərimizin (əsil seyiddilər, ya yox, bunun özü də müzakirəlikdir), bir qələm vurmaqla məzlumları dərd -bəladan hifz edən falçıların, baxıcıların sayları gündən-günə çoxalır.
Hərdən papağımı qarşıma qoyub fikirləşirəm ki, a kişilər, əgər cəddimizdə belə qüdrət varsa, niyə durmuşuq, niyə əlləri qoynunda köməksiz qalmışıq? Niyə bu qədər əzab-əziyyət çəkməliyik, kimi gözləyirik?
Biz binəvalar bir yana, bəs bu kafirlər seyidlərimizin önündə niyə yenilmədi?
Axı bu seyidləri də bizə qatıb didərgin etdilər... Ha fikirlləşirəm, bir mətləb hasil edə bilmirəm ki, bu nə olan işdir?
Gördüklərimizə inanaq, yoxsa müqəddəslərimiz haqqında eşitdiklərimizə?
Hər halda özünüzünkülərdir, seyidlərimizə inanmalıyıq. Burda bir əmma da var. Bir də görürsən ki, biri o birisini cəddi ilə hədələyir: "Səni cəddimə tapşırıram", "Cəddim sənə qənim olsun", daha nələr, nələr... Dəhşətdir, hərdən mənə elə gəlir ki, peyğəmbərimiz bir yana, Allah da yaddan çıxıb (əstağfürullah!).
Hələ səhər bilməyən, günorta bilməyən, axşam bilməyən, qapı-qapı gəzib "Seyidəm, nəzir verin" deyənləri demirəm. ... Şəkk etməyin ha, günaha batarsınız. Hərdən düşünürəm ki, bəlkə onlardan düşmənlərimizə qarşı istifadə edək.
Kafirləri tapşıraq müqəddəslərimizin cəddlərinə, onları elə xar etsinllər ki, bir daha torpaqlarımıza kəc baxa bilməsinlər. Torpaqlarımızı da kafirlərin işğalından tezliklə azad edək. Bir də ki, ... görəsən nə qədər seyid var, yəni əsil seyid.
Görəsən Türkiyədə, Gürcüstanda, Dağıstanda, İranda, Mərkəzi Asiyada, ərəb ölkələrində da seyidlərdən var, yoxsa yalnız Azərbaycandadır? Fikrimcə ta qədim zamanlardan Azərbaycanın indiki ərazisi rahat yer olubdur. Belə olmasaydı Ruslar İrandan, İraqdan, Türkiyədən, nə bilim daha haralardan bu soysuzları, insanlığın üz qarası olan erməniləri gətirib bizim torpaqlarımızda- müqəddəs TÜRK torpaqlarında yerləşdirməzdilər...
Lənət olsun ermənilərin havadarlarına. Humanizm gözəl keyfiyyətdir. Biz çox humanistik. Humanist olmasaydıq 1988-1989 -1990-1991-ci illərdə cihad elan etməliydik. Etməli olanlar etmədi. Heç olmasa 1991-ci ildə müstəqillik əldə edən kimi bunu etməliydik. Onda da etmədilər...
Qeyd edim ki, "Cİhad" bir xalqın öz müstəqilliyi, ərazi bütövlüyü, ən əsası isə ailəsinin təhlükəsizliyi məqsədilə apardığı müharibədir. Daha dəqiqi onun savaşının, yəni müharibəsinin Allah tərəfindən, Tanrı tərəfindən haqlı, ədalətli olmasının dini təşkilat tərəfindən xalqa elan edilməsidir. Yaxşı ki, ümumilli liderimiz Heydər Əliyev 1994-cü idə atəşkəsə nail oldu.
Dövlətimiz üçün belə çətin bir dövrdə atəşkəsə nail olmaq qəhrəmanlıq idi. Bəli biz humanist millətik. Mən də etiraf edirəm. Gəlin fikirləşək, görək bu humanistlik bizə daha hansı bəlalları gətirə bilər? Humanizm harda və nə zaman lazımdır, nə qədər humanist olmalıyıq, bunun bir ölçüsü varmı, nə ilə ölçülür, bütün bu dediyimin sərhədləri hara qədərdir, onu kim müəyyən edir?
Suallar...Suallar...
Ya cəddimiz, üzümü sənə tuturam! Kömək ol, dayaq ol, arxa ol bu xalqa! Xalqımızı sonrakı bəlalardan qoru! Biz müsəlmanıq, bəli, əlbəttə elədir. ... Amma bir fikir indi də məni çox rahatsız edir. İrandan gələn azərbaycanlı qardaşlarımızla aramızda fikir ayrılıqları olanda onlar "Babam, müsalman deyilik?" deməklə mübahisəni öz xeyirlərinə həll etmək istəyirlər. Diqqət verin, azərbaycanlı olduqlarını dillərinə gətirmirlər ha, müsəlman sözünü işlədirlər!? Olsun, eybi yox, mən də razıyam, biz türklər də müsəlmanıq...
Onda mən də soruşuram, babam, əhli İran da müsəlmandır, düzdür? Deyəcəksiniz ki, bəli, elədir. Müsəlmandırlarsa, onda niyə Ermənistana kömək edirllər? Axı ermənilər xristiandırlar, daha dəqiqi lənətə gəlmiş qriqoryandırlar. Ona görəmi ki, ermənilər məscidlərimizi dağıdıblar, Azərbaycanlı bacı-qardaşlarımızı qətlə yetiriblər, milyondan çox Azərbaycanlıları vətənlərindən didərgin ediblər, ona görəmi? Bəs iranlıların müsəlmançılıqları harda qaldı?
Ermənistana ərzaq verirlər, neft verirlər, onlarla birgə müəssisələr yaradırlar... Bəlkə belə edirlər ki, Azərbaycanlıları daha çox qırsınlar?
Bəlkə iranlılar sonra bu dığaları, axçiləri müsəlmanlaşdırıb müsəlmanların sayını bu yolla artırmaq istəyirlər?
İranda dini işləri yəqin bizdən yaxşı bilirlər. Yəqin bu də belə, yəni dinin İransayağı siyasətidir. Ola bilsin, nə deyim.... Bilmədiklərimizi o gözəgörünməz bilir. Allah bilən məsləhətdir. Və sair, ... və ilaxır, ... bizə bircə qalır deyək : "Yaa cəddimiz, sən bizə dayaq ol, bizi sonrakı bəlalardan qoru" !

Son söz əvəzi: Əminliklə deyirəm ki, torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyi günə az qalıb. Cihad elan olunsa da, olunmasa da...
Cəddimizlə, ya da onsuz. Torpaqlarımızı murdar ermənilərdən təmizləməyə başlamışıq.

İnform.az

Baxış sayı: 525