İdman
17.06.2015 / 01:16

Azərbaycan taekvondoçusu bürünc medal qazanıb

Azərbaycan taekvondoçusu bürünc medal qazanıb

Üçüncü İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı Patimat Abakarova Avropa çempionu, yunanıstanlı idmançı Loanna Koutsouya 4:2 hesabı ilə qalib gələrək yarımfinal mərhələsinə yüksəlib.

İnform.az-ın məlumatına görə, P.Abakarovanın yarımfinalda rəqibi gənclər arasında dünya çempionu serbiyalı Tijana Boqdanovic ilə döyüşünün üçüncü raundunda xallar (6:6) bərabər olduğu üçün bu dəfə də dördüncü raund oynanılıb. İlk xalı (qızıl xal) yığan serbiyalı idmançı görüşdə qalib gəlib.

Beləliklə, təmsilçimiz bürünc medalı uğrunda mübarizə aparmalı olub. P.Abakarova dünya çempionatının üçüncüsü, italiyalı Erika Nikolini 13:0 hesabı ilə məğlub edərək birinci Avropa Oyunlarının bürünc medalına sahib olub.

Baxış sayı: 493