BİZ, Ədəbiyyat
25.04.2016 / 12:57

Yaz "Əla"!

Yaz "Əla"!
Ağababa İbrahimov


Hekayə

Bilən biləcək. Olmuşlardan...

İmtahana hazırlaşmamış tələbə yoldaşlarımdan biri yataqxanaya kefi əla qayıtmışdı. Maraq mənə güc gəldi. Ona yaxınlaşıb imtahanın necə keçdiyini soruşdum. O gülə-gülə, gedək çay içə-içə danışaram, dedi. Otağa keçdik.
-Ağabba, orda olsaydın görərdin onun sifəti bir anda necə dəyişdi. Gülməkdən qəşş edərdin. Qəribə imtahan idi. Lap teatr.
Müəllim altdan-altdan kimin hansı rayondan olduğunu öyrənib, hər kəsin rayonunda olanlardan pay istəmişdi, daha doğursu tapşırmışdı. Mən cənub bölgəsindən olduğum üçün mənə də qırqovul tapşırmışdı. Mən də evə dedim, atam 15 dənə qırqovulu bir qara çantaya qoyub yollamışdı. Keçən ay aparıb müəllimin evinə vermişdim. özü evdə olmadığı üçün arvadına adımı demişdim. Ona görə də bu imtahana hazırlaşmırdım ki, day müəllimi razı salmışam, qiymətimi yazacaq.
-Bəs necə oldu, yazdı?
O ürəkdən gülüb, elə onu danışıram da dedi.
-Əlqərəz getdim imtahana, bileti çəkib arxayın növbəmi gözlədim. Müəllim məni çağıranda boş vərəqi onun qarşısına qoydum. Cavabları görməyən müəllim assistentinə tərəf dönərək dedi ki, bilmir, yaz ikisini. Mən təəccüblə müəllimin üzünə baxdım. O
-Nə gözünü zilləmisən , çıx bayıra.
Mən əyilib onun qulağına:
-Müəllim "quş", dedim.
Müəllim əsəbiləşdi və üstümə qışqırdı:
-Ədə, nə quş?
Mən yenə astadan:
-Müəllim qırqovul.
Bu dəfə müəllim daha da əsəbiləşdi:
-Ədə nə qırqovul?
Bu dəfə mən bir az əsəbi halda, azca da səsimin tonunu qaldırıb:
-Müəllim, qara çanta.
Bu sözümdən sonra müəllimin əhvalı yaxşılaşdı, gülümsəyərək deməli sən imişsən. deyib assistentinə:
Bu ki, bilirmiş, yaz "Əla"!
Sən demə mənim adım müəllimin arvadının yadında qalmyıbmış.
Mən onun əla almağına inanmadım, ondan qiymət kitabçasına baxmağımı xahiş etdim. Kişi düz deyirdi. müəllim əla yazmışdı. Düzü bu söhbətə gülə bilmədim. Ona da heç nə demədim. çay içməyə də həvəsim qalmamışdı. sağollaşdım
Nə isə... faciələrimizə özümüz gülürük, və bununla hələ lovğalanırıq da...

İnform.az

Baxış sayı: 547