Diaspora Akademiyası, Baş xəbər, Dünya
25.04.2016 / 01:00

" Waşinqtonda hava TÜRK qoxuyurdu.."- Zaur Bayramlı (Foto)

" Waşinqtonda hava TÜRK qoxuyurdu.."-

Aprelin 24-də Vaşinqtonda erməni yalanlarına qarşı Böyük Türk yürüşü keçirilib.
Həmin yürüşdə iştirak edən soydaşımız, jurnalist-sosioloq Zaur Bayramlı bu tədbirlə bağlı fikilərini İnform.az-a belə ifadə edib:
Rəsmi açıqlamaya görə 12 mindən çox insanın iştirak etdiyi Böyük Türk Yürüşü sözün əsl mənasında Waşingtonu ayağa qaldırdı. Türk dünyası bu yürüşdə bir yumruq kimi birləşərək dünyaya bir daha sübut etdi ki, biz varıq, biz birlikdəyik və biz bərabər olduğumuz zaman böyük bir qüvvəyik.
Türk dünyasının hər yerindən - Türkiyədən, Quzeyli-Güneyli Azərbaycandan, Orta Asiya Cümhuriyyətlərindən, Krımdan, Doğu Türküstandan, eləcə də İslam coğrafiyasının müxtəlif bölgələrindən yürüşə qatılan münlərcə insan erməni yalanına qarşı Türkiyəni yalnız buraxmadı.
Aksiyada Azərbaycan Türklərinin çoxluğu və fəallığı diqqətçəkici idi. Yürüşdə Azərbaycanla, Qarabağla bağlı da çoxlu şüarlar səsləndirildi.
Azərbaycanın Amerikadakı səfiri cənab Elin Süleymanov başda olmaqla, həmçinin Nyu-Yorkdan, Pensilvaniyadan və Amerikanın digər şəhərlərinden gələn soydaşlarımız Azərbaycanı bu möhtəşəm yürüşdə layiqincə təmsil etdilər.
Onu da qeyd edim ki, artıq uzun illərdir ənənə halını almış bu yürüşdə 50 min ədədə yaxın Türkiyə bayrağını əks etirən köynəklər və kepkalar paylanıldı, eyni zamanda yürüş iştirakçılarına pulssuz yemək-içmək də verildi.
Türk dünyası bu möhtəşəm yürüşlə həm öz haqq səsini bir daha dünyaya duyurmuş oldu, həm də ermənilərin Waşingtondakı bütün planlarını alt-üst etdi. Çünki ermənilər bu yürüşdən sonra hər hansı bir aksiya planlaşdırsalar belə bunun kölgəsində qalacaqdır.

Ağ Evin qarşısından başlayaraq Türkiyə Cumhuriyyətinin Amerikadakı böyükelçiliyinin önündə başa çatan yürüşün təsiriylə Waşinqtonda hava TÜRK qoxuyurdu.

" Waşinqtonda hava TÜRK qoxuyurdu.."-


" Waşinqtonda hava TÜRK qoxuyurdu.."-


" Waşinqtonda hava TÜRK qoxuyurdu.."-


" Waşinqtonda hava TÜRK qoxuyurdu.."-


" Waşinqtonda hava TÜRK qoxuyurdu.."-


İnform.az

Baxış sayı: 531