BİZ, Şərhlər
24.04.2016 / 02:09

Yanımızda olan insanlara dəyər verməyi unutmayaq

Yanımızda olan insanlara dəyər verməyi unutmayaq
Şamil Ənvəroğlu


İnsanlar niyə üzülür?!

Minbir həvəslə yaşadığı həyatda istəkləri həyata keçməyəndə, illərlə qəlbində böyütdüyü arzuların elə arzu olaraq da qaldığını görəndə...
İnsanlar niyə aldadır?

Doğrunu deməyə cəsarətləri çatmayanda. Və ya onun doğrusunun kiməsə bir faydası toxunmayanda...
İnsanlar niyə səbəbli- səbəbsiz inciyir?

Yetərincə yüklənmiş ürəyə sahib olub, bir qarşılıq görməyəndə. Özünü unudub başqasında tapıb da, bunun əvəzində bir xoş sözə belə həsrət qalanda...
İnsanlar niyə içini açıb tökür bir xoş söz eşidəndə?

Ətrafındakı diqqətsizliyin, istəksizliyin ortasında qalıb nəvazişə, diqqətə, sevgiyə möhtac qalanda. Bir xoş sözü umduğu insandan duymayıb bir başqasından duyanda...
İnsanlar niyə dostlar axtarır ətrafında?

Özünün varlığını hiss etdirmək istəyində olub, bir səmimi söhbətə ehtiyac duyanda, layiq olduğu dəyəri almayıb da, özünə qapananda.

Ona görə də yanımızda olan insanlara DƏYƏR verməyi unutmayaq. Bütün ayrılıqlar DƏYƏRSİZLİKDƏN, DİQQƏTSİZLİKDƏNSEVGİSİZLİKDƏN baş verir.
Hər zaman sevdikləriniz üçün DƏYƏRLİ olun, ƏZİZ DOSTLARIM!

İnform.az

Baxış sayı: 1480