Maqazin
22.04.2016 / 12:37

Azərbaycanlı modelin keçmiş əri göz yaşlarını saxlaya bilmədi

Azərbaycanlı modelin keçmiş əri göz yaşlarını saxlaya bilmədi

O, nişanlısına 20 min dollarlıq üzük hədiyyə edib.
Türkiyəli məşhur aktyor Tolqa Karelin evlilik planları puç olub. ANS PRESS-in məlumatına görə, Amerikalı nişanlısı Sara Skotti ilə evlənmək istəyən Tolqa Karel İran televiziyası Gem Tv-də çəkildiyi serialın təşkilatçılarından pulunu ala bilmir. Aktyor serialda birlikdə çəkildiyi həmkarlarına “Mənim yaxın zamanda toyum olmalıdır. Pulumu ala bilməsəm toyu necə edəcəm”, - deyə dərdini söyləyib.

"Tolqa iki ildir oğlunu görmür"
İçkili olan aktyor gözyaşlarını saxlaya bilməyib. Çəkilişlərlə əlaqədar 3 aydır Antaliyada olan Karel 7-ci seriyada serialdan ayrılmağı düşünür.

Boşandıqdan sonra ABŞ-da yaşayan aktyor sevgilisi ilə də elə burada tanış olub . 6 aydır birlikdə olan cütlük yeni il ərəfəsində evlilik qərarı verib. Bir müddət əvvəl isə aktyor nişanlısı Sara Skottiyə 20 min dollarlıq tək qaş brilyant üzük hədiyyə edib.

Tolqa Karel daha əvvəl azərbaycanlı model Günay Musayeva ilə evli olub. G.Musayeva və T.Karel bir neçə il öncə sürpriz bir şəkildə evləniblər. Onlar dəfələrlə boşanma məsələsi ilə gündəmə gəliblər. Lakin hər dəfə birlikdə ictimaiyyət arasında görünməklə bu şayiələri təkzib ediblər. Ötən il isə cütlük rəsmən ayrıldığını elan edib. Cütlüyün ayrılmasına səbəb kimi dəT.Karelin xəyanəti göstərilir. Cütlüyün Cihangir Can adlı bir oğlu var.

Tolqa Karel keçmiş həyat yoldaşı model Günay Musayevadan məhkəməyə şikayət edib. O, iddia edib ki, Günay Musayevanın sürücüsü tərəfindən silahla təhdid edilib.


Azərbaycanlı modelin keçmiş əri göz yaşlarını saxlaya bilmədi


Azərbaycanlı modelin keçmiş əri göz yaşlarını saxlaya bilmədi


Azərbaycanlı modelin keçmiş əri göz yaşlarını saxlaya bilmədi


ANS PRESS

Baxış sayı: 283