BİZ, Sosial
22.04.2016 / 12:05

"Gözaydınlığı"

"Gözaydınlığı"
Ağababa İbrahimov


(Olmuş əhvalat)


Qonşularımdan biri hamını boğaza yığmışdı...
İçirdi, çəkirdi, maşınındakı radionun səsini ucaldır, qonşuları rahatsız edirdi. Bəzən gecələr özündə olmayanda səhərədək maşında əyləşib, radioya səs verirdi. Desək də bir nəticə hasil olmurdu. Bir gün ona yaxşınlaşdım. Aramızda soyuq söhbət oldu:
- Qonşu ayıbdır axı, yaşlı adamam, gecə səhərədək radionun səsindən yata bilmirəm, bu işlərinə son ver.
- Mən sənə nə edirəm?
- Day nə edəcəksən, çəkirsən, içirsən, özündə olmursan.
- Mən çəkmirəm.
- Necə yəni çəkmirsən? Çəkməsən səhərədək maşında niyə oturursan, cavan arvadln, uşaqların. Evində yatarsan da.
Nə isə, söhbətimiz baş tutmadı. Bezmişdim, köçüb getməyə imkanım da yox idi. Bir gün namaz qılandan sonra üzümü Tanrıya tutub, ondan kömək istədim. Arvadım səbrli olmağımı söylədi. Dedim vallah daha səbrim də qalmayıb.
Axşam evə gələndə bu üzdəniraq qonşumuzdan bezənlərdən biri ilə dükanda rastlaşdım. O gülümsəyərək məndən muştuluq istədi. Soruşdum nə münasibətlə? Dedi ki, muştuluğumu verməsən demərəm. Mən başımla hə deyib, əlimi cibimə saldım. O sakitcə muştuluğu alıb cibinə qoyandan sonra dedi ki, bəs gözün aydın , canımız qurtardı, qonşu getdi. Soruşdum hara getdi, dedi o dünyaya.
Sakit-sakit onun üzünə baxıb dodağımın altında əcəb "gözaydınlığı"dır deyə cavab verdim.
Nə isə ...

İnform.az

Baxış sayı: 529