Maqazin
21.04.2016 / 19:36

Məşhur aktrisa vəfat etdi- FOTO

Məşhur  aktrisa vəfat etdi-

2006-cı ildə Vud iki “Bafta” mükafatı alıb.
Inform.az Oxu.az-a istinadən xəbər verir ki, aprelin 20-də Londonda məşhur aktrisa, ssenari müəllifi və müğənni Viktoriya Vud öz evində vəfat edib.

62 yaşlı müğənninin ölümünə səbəb onkoloji xəstəlik olub. Viktoriya Vud Presrviç, Lankaçşirdə dünyaya gəlib. Vud 7 yaşında pianinoda ifa etməyə başlayıb. Birminhem universitetində aktyor sənətini öyrənib.

Vudun karyerasına 1974-cü ildə başlayıb, 20 yaşlı qız “New Faces” istedadlar şousunda qalib olub. Aktrisaya populyarlığı onun “Victoria Wood: As Seen On TV” teleşousu gətirib.

2002-ci ildə əri ilə boşandıqdan sonra o, “Acorn Antiques” myuziklini yazıb.

2004-cü ildə o, dietologiya indsutriyasını tənqidə tutub və “Victoria Wood's Big Fat Documentary” sənədli filmini çəkib. Filmdə o, dietologiya komersantlarının insanları istismar etdiklərini və onlara vəd etdiklərini vermədiklərini bildirib.

2006-cı ildə Vud aktirsa və “Housewife” dramının ssenari müəllifi kimi iki “Bafta” mükafatı alıb.
Məşhur  aktrisa vəfat etdi-


2008-ci ildə aktrisa Britaniya imperiyasını ordeninin komandoru olub.

Məşhur  aktrisa vəfat etdi-


Məşhur  aktrisa vəfat etdi-


İnform.az





Baxış sayı: 429