Sosial, Elm-təhsil
21.04.2016 / 15:11

“QAN VER, YAŞAT!” devizi altında növbəti qanvermə aksiyası keçirilib- FOTO

“QAN VER, YAŞAT!” devizi altında növbəti qanvermə aksiyası keçirilib-Bu gün Mərkəzi Elmi Kitabxananda bu təşkilatın təşəbbüsü, Qızıl Aypara Cəmiyyətinin AMEA bölməsinin və B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə “Qan ver, yaşat!” devizi altında növbəti könüllü qanvermə aksiyası keçirilib.

İnform.az AMEA Mərkəzi Elmi Kitabxanasının Mətbuat xidmətinin məlumatına istinadən bildirir ki, Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə humanitar aksiyanın məqsəd və əhəmiyyətindən danışıb.
“Aksiyanın Azərbaycanda Qızıl Aypara Cəmiyyətinin yaradılmasının təşəbbüskarı, görkəmli hərbi xadim, general-leytenant Əliağa Şıxlinskinin doğum günündə keçirilməsinin heç də təsadüfi olmadığını bildirib.

Cəmiyyətin AMEA bölməsinin sədri Ceyran Nağıyeva aksiyanın Qarabağ uğrunda gedən döyüşlərdə yaralanan Azərbaycan Ordusu əsgərlərinə yardım, həmçinin talassemiyalı və digər irsi qan xəstələrinin müalicəsi məqsədilə keçirildiyini bildirib.

Daha sonra aksiyada Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən qan analizi aparılaraq müəyyən olunub və qan götürülüb.

Humanist xarakterli aksiyada Mərkəzi Elmi Kitabxana, eləcə də AMEA-nın digər elmi müəssisələrindən əməkdaşlar yüksək fəallıqla və könüllü olaraq iştirak ediblər.

“QAN VER, YAŞAT!” devizi altında növbəti qanvermə aksiyası keçirilib-

İnform.az

Baxış sayı: 301