Hadisə
21.04.2016 / 09:26

Su kanalında batan şəxs axtarılır- Şirvanda

 Su kanalında batan şəxs axtarılır-Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şirvan şəhərində su kanalında 1 nəfərin batması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN ) saytında bu barədə bildirilir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb. Əlavə məlumat veriləcək.

İnform.az

Baxış sayı: 321