Hüquq
19.04.2016 / 18:25

Siyəzəndə 2 nəfərin ölümünə səbəb olan qəza törədən sürücü 10 il cəza aldı- FOTO

Siyəzəndə 2 nəfərin ölümünə səbəb olan qəza törədən sürücü 10 il cəza aldı-

Bakı Ağır Cinayətlər Məhkəməsində Sİyəzən ş. sakini Cəmşid Manafovun (1971-ci il təv.) CM-nin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

İnform.az bildirir ki, ötən il avqust ayının 5-də Siyəzən-Qalaaltı yolunun 8-ci kilometrliyində, rayonun Sədan kəndi ərazisində Cəmşid Manafovun idarə etdiyi "VAZ 2107" markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində sərnişin, Siyəzən rayon sakini Gülnarə Əliyeva (1974-cü il təv.) hadisə yerində keçinib. Avtomobilin sürücüsü, həmçinin mərhumun övladları – Gülər Əliyeva (1994-cü il təv.) və Orxan Əliyev (1996-cı il təv.) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Həkimlərin səylərinə baxmayaraq O.Əliyev dünyasını dəyişib.

Faktla əlaqədar Siyəzən RPŞ İstintaq bölməsində cinayət işi başlanıb, C.Manafovun barəsində heç yerə getməməklə bağlı qətimkan seçilib. Məlum olub ki, qəzada ölən ana ilə oğul sürücü ilə qohumdular.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilərək 10 il müddətinə azadlıqdan məhrum olunub.

Siyəzəndə 2 nəfərin ölümünə səbəb olan qəza törədən sürücü 10 il cəza aldı-


Siyəzəndə 2 nəfərin ölümünə səbəb olan qəza törədən sürücü 10 il cəza aldı-


Siyəzəndə 2 nəfərin ölümünə səbəb olan qəza törədən sürücü 10 il cəza aldı-


İnform.az

Baxış sayı: 311