BİZ, Şərhlər
19.04.2016 / 15:41

Yaşayın, öldürməyin!!!

Yaşayın, öldürməyin!!!
Ləman Məmmədova

Saçınızın, gözlərinizin, dərinizin rəngiylə ayırdınız bir-birinizi.
Beyninizin boşluğuna dolmuş kinlə uzatdınız ayrılığın ömrünü.
Ürəyinizin halsızlığıyla ayağınızın altına baxmadan basdınız bütün yaraların üstünə.
Ondan sonra da ömür bitdi və məzarınızda ağlayanların göz yaşlarıyla söndürdünüz cəhənnəmin atəşin.
Nədənsə içinizdəki zülməti hara daşısanız, özünüz oradan çıxmayıb başqalarını oraya çəkirsiniz.
Bu, nə oyundur, nə də tamaşa. Bu, nəticələnən və nəticələrinin izi qalan bir yaşamdır.
Yaşayın, öldürməyin. Onsuz da ölümü öhdəliyinə götürən təbiətin qanunu var.
Hara tələsirsiniz?
Niyə qovulur, niyə qaçmaqdan həzz alırsınız? Hm...



İnform.az

Baxış sayı: 376