Qəriblikdə kimimiz var?, Diaspora Akademiyası, Baş xəbər
18.04.2016 / 14:48

" İlk fürsətdə, bəzi məqamları həll edə bilsəm, Vətənə dönmək istərəm- Vüqar Abbasov (Foto)

" İlk fürsətdə, bəzi məqamları həll edə bilsəm, Vətənə dönmək istərəm-


Inform.az-ın "Qəriblikdə kimimiz var" layihəsinin bu günki qonağı, Niderlandda yaşayan soydaşımız, Niderland Jurnalistlər birliyinin üzvü, “Connect” təşkilatının sədri Vüqar Abbasovdur.

- Vüqar bəy, xoş gördük sizi. Layihəmizin ənənəvi ilk sualı-Vüqar Abbasov kimdi?

Əslən Qərbi Azərbaycanın (indiki Ermənistan) Vedi rayonundanam. Atamgili 1948 – ci ildə dədə-baba yurdlarından indiki Beyləqan rayonuna deportasiya ediliblər.
Mən 1974 – cü ildə Beyləqanda dünyaya gəlmişəm. 1975 – ci ildə Bakıya köçmüşük. Orta təhsilimi Bakının Kürdəxanı qəsəbəsində almışam. Daha sonra Qərb universitetində politologiya ixtisası üzrə oxumuşam. 1993-2008 – ci illərdə AZTV – də çalışımış və eyni zamanda turizm biznesi ilə də məşğul olmuşam.
2008 – ci ildən isə Niderlandda yaşayıram. Burda ikinci təhsilimi aldım. Hazırda Niderland Qaçqınlar idarəsində çalışır, arada kiçik bizneslə məşğul oluram. Azərbaycan və Niderland Jurnlistlər birliklərinin üzvüyəm. Ötən il, niderlandlı dostların da təşəbbüsü ilə “Connect” adlı təşkkilat yaratdıq və hələlik mən həmən təşkilatın sədriyəm. Hələlik ona görə dedim ki, nə vaxtsa başqa birisi də sədr ola bilər. Ailəliyəm, iki övladım var.

- Azərbaycandan neçə ildir ayrılmısınız?


-Qeyd etdiyim kimi, 2008 – ci ildən ailəmlə birlikdə Niderlandda yaşayıram. Ancaq mən buna Azərbaycandan ayrılmaq kimi baxmazdım. Doğrudur, cismən orda deyiləm. Ancaq bir gün qəbul etsəm ki, mən Azərbaycandan ayrılmışam yaşamaq mənə çox çətin olar, tam səmimi sözlərimdir.

- "Qəriblikdə kimimiz var?" deyə axtarışa çıxdıq. Maraqlıdır, bəs Vüqar Abbasov bu qəribliyin içində hansı "qərib"liyi yaşayır?

-N.Nərimanovun bir sözü var, hardasa oxumuşdum. Deyir ki, Vətənin qədrini o kimsə bilər ki, vətən ilə onun ruhən rabitəsi olsun, vətən ilə bir yerdə ağlasın, bir yerdə gülsün. Şükürlər olsun ki, Vətən ilə ruhən rabitəmiz var. Belə bir söz də var ki, Vətənin dəyəri qürbətdə daha çox bilinər.
Hötenin də bir sözü var: ”Qürbət heç zaman Vətən ola bilməz.” Həqiqətən də belədir, qürbətdə günün nə qədər xoş keçsə belə Vətənin yerini verməz. Bəlkə kimlərsə belə düşünmür, hər halda mən öz hisslərimi deyirəm. Bir əhvalatı sizlərlə bölüşüm. Ötən il yayda Azərbaycanda olanda Niderlandlı bir nəfərlə görüşdüm. Soruşdu ki, özünü necə hiss edirsən? Mən də cavab verdim ki, öz evimdəki kimi. Gülümsədi və soruşdu ki, Niderlandda özünü necə hiss edirsən?
Mən də cavab verdim ki, övladlarımın evindəki kimi. “Hara daha rahatdır?” – deyə soruşdu.
Mənim cavabım belə oldu ki, övladın evi də əlbətdə öz evin kimidir. Ancaq orda səsini bərkdən çıxarda, istədiyin kimi oturub-dura bilmirsən. Hər halda mən belə düşünürəm. Sonra isə ona bir neçə il öncə kulis.az saytında keçrilən “Ən qısa hekayə” müsabiqəsinə təqdim etdiyimm “Son göz yaşı” hekayəmi (bu, hələlik mənim ilk və son hekayəmdir) danışdım və onu sizlərlə də burda bölüşərək bu sualınızın cavabını tamamlamaq istəyirəm. Qürbətə gedəndə oğlum 6, qızım 8 yaşında idi. Yol boyu qucağımda yatan oğlum gözünü açıb: “Bura haradır?” – soruşdu. “Niderland”- dedim. Bir şey anlamasa da: “Azərbaycana nə vaxt qayıdırıq?” – deyə soruşdu. “Bilmirəm” – dedim. Uşaqların gözündə yaş göründü... 20 il sonra Azərbaycanın hava limanında, oğlumun qucağımda rahat yatan oğlu Azər gözünü açıb:”Bura haradır?” – soruşdu. “Azərbaycan” – dedim. Azər: “Niderlanda nə vaxt qayıdırıq?”- soruşdu. Gözlərimin dolduğunu hiss etdim. Sonra nə olduğundan xəbərim olmadı. Bu, mənim gözlərimdən çıxan son yaş oldu...

- Son günlər ölkəmizdə gedən olaylarla tanışsınız.Yerli KİV-lərimiz sizin Niderland media qurumlarına ünvanladıqınız müraciətdən yazırlar. Bu müraciət necə qarşılandı və hansısa təzyiqlərlə üzləşdinizmi bizi sevməyən qüvvələr və düşmənlərimiz tərəfindən?

- Doğrudur, Azərbaycan mediyası bu müraciətimə çox böyük diqqət ayırdı. Ümumiyyətlə, Azərbaycandakı həmkarlarım mənim burdakı fəaliyyətimə çox böyük dəstək verirlər və fürsətdən istifadə edib burdan bütün dostlara, həmkarlarıma təşəkkür edirəm. Hər halda onlar da fərqindədirlər ki, burda, bəzi məqamlar var ki, onları mətbuata çıxartmaq, bizim xeyrimizə, çox da asan deyil. Bircə onu deyim ki, mən sözü gedən müraciəti Niderlandın demək olar ki, əksər yazılı və elektron mediyasına, hardasa 20- dən yuxarı ünvana göndərmişdim. Ancaq onlardan biri buna reaksiya verdi və müəyyən danışıqlardan sonra saytda işıq üzü gördü. Yazının altında verilən şərhlərdən başqa orda göstərdiyim emailə də etiraz məktubları gəldi. Öncə mən ora özəl email ünvanımı və telefonumu vermişdim. Şəxsi emailimdə məni narahat etməsinlər deyə. Saytdakı emailimi dəyişməyi xahiş etdim və dəyişdilər. Açığı hər hansı bir təzyiq filan hiss etmədim. Ancaq narazı qalanların çox olacağı şübhəsizdir.

-Ordumuzun ugurlu hərbi əməliyyatları və xalqımızın birliyi haqqda nə danışılır oralarda?

-Kimlər bu birlikdən razı, kimlər narazıdır? Mənim tanıdığım, ünsiyyətdə olduğum insanlar bu birlikdən razıdırlar. Bəzi məqamlar var ki, hesab edirəm orda siyasi dünyagörüşləri bir tərəfə qoyulmalıdır. Dövlət və dövlətçilik məsələmizdən söhbət gedən zaman digər bütün şəxsi, siysi fikir ayrılıqları sonrakı plana keçməlidir. Məni sevindirən məqamlardan biri də o oldu ki, illərdir burdakı heç bir tədbirə qatılmayan tanıdığım bəzi insanlar məni arayaraq nə edə biləcəkləri soruşub, Ermənistana, Rusiyaya bir etiraz, özümüzün isə birlik mitinqi olarsa qatılmaq istədiklərini bildirdilər. Siz də gördünüz ki, Avropanın bir ölkələrində, həmçinin Niderlandda mitinqlər təşkil olundu. Nəzərə alsanız ki, bizlər kompakt yaşamırıq, hərəmiz Niderlandın bir tərəfindən yığışırıq və üstəlik insanlar işlərini, qazanclarını düşünmədən və yol məsrəflərinin burda baha olmasına rəğmən mitinqlərə, tədbirlərə gəlirlər, soydaşlarımızın bu birliyə necə ehtiyacının olduğunu və önəm verdiyini görərsiniz. Mən heç vaxt ümumi danışmağın tərəfdarı deyiləm və ona görə də bu dediklərimi də hər kəsə aid etmirəm. Yaxud mitnqə, tədbirə hər hansı bir səbəbdən qatıla bilməyənlərin Vətənə bağlı olmadıqlarını da iddia etmirəm. Qısa olaraq onu deyim ki, ordumuzun hər bir uğuru bizləri sevindirir və Şuşaya, Xankəndinə bayrağımızı taxacağımıza ümidimizi artırır.

- Vətənə nə zaman dönmək fikriniz var?

-Məndən olsa günü bu gün. Ancaq biz həyatda çox vaxt arzu etdiyimiz kimi deyil, bacardığımız kimi yaşayırıq. Vətən üçün darıxmaq, onun dağında-dərəsində gəzmək, bulaqlarından su içmək, doğmaların əhatəsində olmaq istəyi və.s. elə bir hisslərdir ki, sözlə izah etmək çətindir. Məncə onu qəribçilikdə yaşanlar daha yaxşı bilər. Azərbaycanda yaşadığım zamanlarda canım sıxılan vaxt işdən çıxar, Fəxri Xiyabana, yaxud da İçəri Şəhərə gedər, saatlarla orda gəzişərdim. Öz-özümə düşünər, öz-özümlə danışar, sonra sakitləşərdim. O Vətən bizlərə elə-belə qalmayıb. Ömər Xəyyamın belə bir rübaisi var:
Bu torpaq ki, onu tapdayır heyvan,
Olmuş bir zamanlar gül üzlü canan,
Eyvanda gördüyün kərpic yaranmış
Vəzir barmağından, sultan başından.
Ordakı hər daşda, hər kərpicdə bir iz var. Bizlərə o Vətən axıdılan qanlar hesabına ona görə ötrülməyib ki, biz onu sevməyək. Harda olmağımızdan aslı olmayaraq onu sevməyimiz lazım olduğunu düşünürəm. Ancaq bir gün, obrazlı desək, öz torpağıma qatışmaq, öz daşıma çevrilmək və öz Vətənimdə divara hörülmək istəyirəm. O zaman mənim özümlə qürbətə gətirdiklərimin də Vətənlə bağları qopmaz. Gələcək nəsillərin Vətənimizlə bağının qopmaması lazımdır ki, onlar da yaşadıqları yerdə Vətən üçün bir işlər görsünlər. İlk fürsətdə, bəzi məqamları həll edə bilsəm, Vətənə dönmək istərəm.

- Sizinlə iki yöndə söhbət edirik. Həm həzin notlara söykənərək, həm də bir az kəskin və dəqiqlik sevən siyası ampulada. Bunlardan hansına daha çox önəm verirsiniz?

Hər ikisinə, ancaq yerində.
İnsan hər zaman eyni cür ola bilməz. İnsan halı, necə deyərlər, gah belə olur, gah da belə. İnsan da təbiət kimidir, hər bir fəsli var. Önəmli olan odur ki, səmimi olasan. Sizinlə söhbətimiz mənə çox xoş oldu. Bir qədər içimdəkiləri demiş oldum. Çox danışardım, ancaq uzunçuluq da olmasın və hər sözü də demək olmur axı, bu qədəri bəsdir deyə düşünürəm.

" İlk fürsətdə, bəzi məqamları həll edə bilsəm, Vətənə dönmək istərəm-


" İlk fürsətdə, bəzi məqamları həll edə bilsəm, Vətənə dönmək istərəm-


" İlk fürsətdə, bəzi məqamları həll edə bilsəm, Vətənə dönmək istərəm-


" İlk fürsətdə, bəzi məqamları həll edə bilsəm, Vətənə dönmək istərəm-


" İlk fürsətdə, bəzi məqamları həll edə bilsəm, Vətənə dönmək istərəm-


" İlk fürsətdə, bəzi məqamları həll edə bilsəm, Vətənə dönmək istərəm-


" İlk fürsətdə, bəzi məqamları həll edə bilsəm, Vətənə dönmək istərəm-


" İlk fürsətdə, bəzi məqamları həll edə bilsəm, Vətənə dönmək istərəm-


" İlk fürsətdə, bəzi məqamları həll edə bilsəm, Vətənə dönmək istərəm-


" İlk fürsətdə, bəzi məqamları həll edə bilsəm, Vətənə dönmək istərəm-


" İlk fürsətdə, bəzi məqamları həll edə bilsəm, Vətənə dönmək istərəm-


" İlk fürsətdə, bəzi məqamları həll edə bilsəm, Vətənə dönmək istərəm-


Xalidə Xalid/İnform.az

Baxış sayı: 1100