Qarabağ
14.07.2015 / 15:01

"Qarabağ" filmi çəkilib

"Qarabağ" filmi çəkilib

Amerikalı jurnalist Tomas Qolts “Qarabağ” adlı 52 dəqiqəlik film çəkib.

Qafqaz üzrə mütəxəssis, Azərbaycan dilində yaxşı danışa bilən amerikalı jurnalist filmdə yalnız “Qarabağ” futbol komandası haqqında söhbət açmır, həmçinin klubun təmsil etdiyi region haqqında məlumat verir. Filmdə qeyd edilir ki, Qarabağın Azərbaycan ərazisi kimi tanıdılması üçün keçirilən tədbirlərdən əlavə, futbol klubunun uğurlu çıxışı da böyük rol oynayır.

Fimdə bildirilir ki, dünyada komandası olmayan minlərlə şəhər var. Amma təmsil etdiyi şəhəri olmayan komanda çox azdır. Bu baxımdan “Qarabağ” barədə çəkilən film də xüsusi önəm kəsb edir.

Qeyd edək ki, filmin təqdimatı Quzanlıda keçirilək.
İnform.az

Baxış sayı: 951