Dünya, Hadisə
14.04.2016 / 13:14

Azərbaycanlılar güllələndi, ölənlər var- Gürcüstanda

Azərbaycanlılar güllələndi, ölənlər var-

Hadisəni törədən şəxs və ya şəxslər hələlik tutulmayıb.

Gürcüstanda 3 azərbaycanlı güllələnib. ANS PRESS-in Gürcüstanın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, insident Poniçala (Soğanlıq) kəndində qeydə alınıb. Şəxsiyyətləri istintaqla hələlik müəyyən edilməyən naməlum şəxslər azərbaycanlıların kompakt yaşadığı həmin kəndə silahlı basqın edərək bir qrup azərbaycanlını güllələyiblər. Nəticədə iki nəfər ölüb, bir nəfər Marniuli sakini isə yaralanıb.

Ölən şəxslər bir müddət əvvəl Rusiyadan qayıdan Habil Səmədov və Vaqif Vəliyev olub.

Basqını törədən şəxs və ya şəxslər hadisə yerindən qaçmağa nail olublar. Hazırda həmin şəxslərin tutulması istiqamətində işlər aparılır və faktla bağlı Gürcüstan Respublikasının cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb.

"Basqını törədən cinayətkarlar hadisə yerindən qaçmağa nail olublar".

Bu hadisə Soğanlıq kəndində azərbaycanlıların qətlə yetirildiyi ilk fakt deyil. Bu ilin yanvar ayında da Soğanlıq kənd sakini, 1992-ci il təvəllüdlü Fikrət Əhmədov bıçaqlanaraq öldürülüb. Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin müftisi Ayvaz Mərdanovun məlumatına görə, hadisəyə səbəb öldürülən gəncin Gürcüstan televiziyasına müsahibə verməsi olub.

Müfti deyib ki, Fikrət Əhmədov "İmedi" kanalına müsahibəsində son bir neçə ildə kənddə bəzi dini təriqətlərin çoxaldığını bildirib: "Bundan xəbər tutan həmin kəndin sakini Ramin İsayev Fikrətlə görüşmək istədiyini bildirib. Onlar kənd orta məktəbinin yanında görüşüblər və aralarında mübahisə baş verib. Nəticədə Ramin İsayev Fikrət Əhmədovu bıçaqlayıb.

Azərbaycanlılar güllələndi, ölənlər var-


A.Mərdanov deyib ki, Soğanlıq kəndinin sakinləri bəzi təriqətlərin kənddə təbliğinə qarşı dəfələrlə etiraz aksiyaları keçiriblər/anspress.com

Baxış sayı: 385