Hərbi, Qarabağ
11.04.2016 / 14:00

Şəhid pilotlar və polkovnik-leytenant Murad Mirzəyev II Şəhidlər xiyabanında torpağa tapşırılıb

Şəhid pilotlar və polkovnik-leytenant Murad Mirzəyev II Şəhidlər xiyabanında torpağa tapşırılıb Qoşunların təmas xəttində Ermənistanın hücumunu dəf edərkən Azərbaycanın şəhid olan pilotları mayor Təbriz Musazadə, mayor Ürfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və Silahlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyev bu gün ikinci Fəxri Xiyabanda dəfn ediliblər.

İnform.az-ın məlumatına görə, dəfn mərasimində müdafiə naziri general-polkovnik Zakir Həsənov, Azərbaycanın hərbi prokuroru, general-leytenant Xanlar Vəliyev, Dövlət Sərhəd Xidmətinin rəisi -Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev, millət vəkilləri, ziyalılar, şəhidlərin doğmaları, sadə vətəndaşlar iştirak ediblər.

Yaylım atəşi açılıb, şəhidlərin ruhuna dualar oxunub.

Baxış sayı: 483