Şərhlər, Qarabağ
06.04.2016 / 18:27

"Düşmən "qatil"i olmaq istəyirəm..."

"Düşmən "qatil"i olmaq istəyirəm..."
Babək Əliyev/hüquqşünas

Son günlərdə ilk dəfə idi ki, bu millətin əsil Türk oğlu kimi birləşməyini gördum. Məni ən çox sevindirən torpaqlarımın azad olmasi idi ( azda olsa) bundan əlavə Azərbaycan xalqının əsil Türk övladi kimi döyüşkən ruhunu gördüm.
Fikrimcə bu döyüş ruhu bizə qədim hunlardan, səfəvilərdən, Babək Xurəminin dönəmindən qalma bir hissdir ki, bu gün hər kəs- bütün vətən övladi silaha sarılıb torpaqlarımız ugrunda döyüşə hazırdır. Ümid edirəm ki, bizə tez bir zamanda düşməni birdəfəlik məhv emək nəsib olacaq.
Umumiyyətlə vətənimizin igid ogul və qızları 1989- cu ildə İran və Azərbaycan arasında olan sərhədi sökmək üçün sinələrini qabaga verdilər, 1990- ci ildə azadlıq əlda etmək üçün canlarından keçdilər.
Qarabag müharibəsi dönəmində biz düşmən üstünə silahsız gedən millətik.
Çunki biz türkük. O turk ki, bir zamanlar dunyanın yarıdan coxunu əsarat altinda saxlayıb, o türk ki, dunya onun birliyndən hər zaman narahatlıq icində yaşayıb.
Bu gün Qarabagda baş verən hadisələr hər kəs kimi, məndə də cəbhədə döyüşmək və düşmən "qatili" olmaq uçün nəfəs alıram.
Və bayragim, torpagim, millətim üçün ölmək istəyrəm. Şəhid olana qədər döyüşmək istəyirəm.
Həm də bir idmançı olaraq həmişə döyüşə cıxanda üç rəngli bayragımı öpüb sonra çıxmışam .
Arzum o olub ki, bu bayragı bir gun Qarabagda sancam.
Ümid edirəmki, yaxin günlərdə bunu nail olacayıq və Qarabagı yenidən qaytaracayıq.
Bunu etməyə borcluyuq, çünki, 4-5 günün ərzində eləcə də, əvvəllər bu vətən yolunda canlarından keçən şəhidlərimizin ruhu qarşısında hesabatdayıq.
Qarabağı azad etmək bizim boynumuzun borcudur.

İnform.az

Baxış sayı: 792